Hesablama Palatası "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) fəaliyyətinin auditini aparıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Palatadan məlumat verilib.
Audit nəticəsində aşkar olunub ki, AİŞ investisiya obyektləri seçərkən fəaliyyət sahəsində xidmətlərinin rəqabətə davamlı olması, fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin edən və həmin fəaliyyət sahəsində kifayət qədər təcrübəyə malik olan strateji investorun olması kimi meyarlara tam riayət etməyib.
Seçmə qaydada sənaye məhəllələrinin yaradılması üzrə inşaat işlərinə dair sənədlərin əsaslı surətdə öyrənilməsi ilə tikinti işlərinə dair 758,1 min manat məbləğində bir sıra kənarlaşma və fərqlər müəyyən edilib.
“AİŞ tərəfindən aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələndirməklə sənaye məhəllələrinə səmərəli fəaliyyət göstərə biləcək rezidentlərin, həyata keçirilən layihələrə özəl investisiya qoyuluşlarının cəlb edilməsi, istehsalat sahələrinin tam gücləri ilə fəaliyyətin göstərməsinin təmin edilməsi tədbirlərinin həyata keçirilməsi davam etsə də, rezidentlərin layihələri üzrə yaradılmış iş yerlərinə faktiki işçilər tam cəlb olunmamış, auditlə əhatə olunan dövrdə şirkətin sənaye məhəllələrinin idarə edilməsi və fəaliyyətinin təmin edilməsi üzrə xərcləri əməliyyat gəlirlərini üstələmiş, büdcə zərəri ümumilikdə 298,5 min manat təşkil edib», - Palatadan qeyd olunur.
ASC-nin 2016-2019-cu illərdə banklardakı müddətli depozitlərinin faiz dərəcələri ümumilikdə ölkənin maliyyə bazarında manat depozitləri üzrə orta faiz dərəcələrindən daha aşağı olmuş, depozit müqavilələrinin vaxtının uzadılması və ya depozit müddəti bitən kimi yenidən həmin məbləğlərə bağlanması nəticəsində AİŞ 550 min manatdan artıq vəsaiti geri almayıb.
Həmçinin, audit çərçivəsində dövlət obyektlərinin icarəsindən dövlət büdcəsinə 94 min 51,34 manatın bərpası təmin olunub, həmnçinin 9 min 557,05 manat ümumi məbləğdə debitor borcların AİŞ-ə ödənilməsi təmin edilib.
Kollegiya qərarının icrası ilə əlaqədar olaraq həyata keçirilən tədbirlərlə bağlı təqdim olunmuş məlumatda yaranmış öhdəliklər üzrə 49 min 322,11 manat məbləğində debitor borcların ASC-yə ödənilməsinin təmin olunduğu, dövlət büdcəsinə ödənilməli olan icarə haqları üzrə 75 min 967,05 manat məbləğində icarə haqqı borclarının ödənildiyi qeyd olunur.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.
Hazırda AİŞ-nin sərmayələrinin 74,9%-i sənaye, 10,3%-i –ASK, 6,7%-i – sənaye məhəllələri, 5,1%-i – birgə fondlara, 3,1%-i – qida sənaye müəssisələrinin payına düşür. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət