Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermənistanla sərhəddə münaqişənin iri toqquşmalara çevrilə biləcəyini istisna etməyib.
"Dünən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi nə isə yeni və sensasiyalı hadisə deyil. Mən dəfələrlə demişəm, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bunu deyib ki, Azərbaycan öz ərazilərinin 20 faizinin itirilməsi ilə heç vaxt barışmayacaq. Söhbət hətta Dağlıq Qarabağdan getmir, kiminsə erməni millətindən olan şəxsləri oradan qovmaq istəməsindən getmir. Söhbət ondan gedir ki, Azərbaycan ərazisinin 20 faizi işğal edilib. Siz necə düşünürsünüz, 10 milyon əhalisi olan, zəngin, inkişaf etmiş infrastruktura malik, silahlanmış ölkə öz ərazisinin işğal edilməsinə sonsuz müddətə imkan verəcəkmi? Bu ki, mümkün deyil”, - deyə Bülbüloğlu "Qovorit Moskva" radiostansiyasına müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, sülh danışıqları heç bir nəticə vermir. Bununla əlaqədar o, regionda tammiqyaslı hərbi əməliyyatların başlanmasını istisna etməyib.
“Azərbaycan ərazisi işğal altında qaldıqca, bu cür insidentlər qaçılmazdır. Biz bu bunu 2016-cı ildə, fəal döyüş əməliyyatları aparılan vaxtda da demişdik. Təəssüf ki, bizim qonşularımız olan böyük ölkələr bu münaqişəni dondurmağa çalışırlar, onun sonsuz davam etməsini istəyirlər. Danışıqlar danışıq xatirinə aparıla bilməz. Danışıqlar nəticə verməlidir. Əgər onlar nəticə vermirsə, döyüş əməliyyatları olacaq. Buna görə də vəziyyət birdəfəlik və həmişəlik aydın olmalıdır. Mən təəccüblənirəm, bunu necə eşitməmək, necə anlamamaq olar. Biz bu barədə dəfələrlə demişik ki, Azərbaycan xalqı öz ərazilərinin itirilməsi ilə heç vaxt barışmayacaq. Söhbət xarici qoşunların Azərbaycan ərazisindən çıxarılmasından gedir. Onlar Azərbaycan ərazisində qaldıqca bu cür münaqişələr davam edəcək və bir gün genişmiqyaslı müharibəyə çevrilə bilər, bu, bütün region üçün fəlakət olacaq”, - deyə o qeyd edib.
Səfir vurğulayıb ki, Bakı "Cənubi Qafqaz ərazisində ikinci erməni dövləti"nin yaradılmasına imkan verməyəcək.
“Məsələ birinci kimin başlamasında, ikinci kimin cavab verməsində deyil. Bunlar hamısı əhəmiyyətsiz detallardır. Məsələ ondadır ki, bu cür vəziyyət nə üçün yaranır? Ona görə ki, Azərbaycanın əraziləri işğal edilib. Ona görə ki, xarici qoşunlar Azərbaycan ərazisini güclə əllərində saxlayırlar. Mən bunu deməyə utanmıram ki, bu münaqişəni beynəlxalq hüquq əsasında həll etməyin vaxtıdır. Beynəlxalq hüquq isə tamamilə Azərbaycanın tərəfindədir. Axı nə qədər dözmək olar? Bu gün Azərbaycan ordusu Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə qadirdir. Ali Baş Komandan ona görə bu komandanı vermir ki, o, qan tökülməsini istəmir. Dünən Azərbaycan növbəti qurbanlar verdi. Biz bunu gizlətmirik. Məsələni həll etmək lazımdır. Biz məsələni dinc yolla həll etməyə hazırıq. Lakin danışıqlar danışıq xatirinə deyil, konkret substantiv danışıqlar olmalı, məsələnin həllinə təkan verə bilməlidir. Məsələ həll edilməyincə, belə hadisələr baş verə bilər. Bir daha təkrar etmək istəyirəm, onlar tammiqyaslı müharibəyə və onun bütün mənfi nəticələrinə gətirib çıxara bilər”, - deyə diplomat əlavə edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət