Azərbaycan hələ ki, Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmaq niyyətində deyil. Bunu "Exo Moskvı" radiostansiyasının canlı efirində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
"Biz, ilk növbədə, ikitərəfli münasibətlərin inkişafına diqqət yetiririk. Biz onsuz da ərazilərimizin 20%-ni işğal etmiş Ermənistanla MDB-də bir yerdəyik. Bu, tarixən belə olub. Zənnimcə, belə bir tərəfdaşa malik olmaqla daha hansısa bir ittifaqa daxil olmağa mane olan obyektiv səbəblər var. Bu, ilk növbədə, Azərbaycan ərazilərinin işğalıdır", - deyə səfir bildirib.
Bununla yanaşı, Bülbüloğlu qeyd edib ki, Azərbaycan bu istiqamətdə əməkdaşlıqdan imtina etmir.
"Biz bu mövzu üzərində çox işləmişik. Mən Avrasiya Birliyinin məsul əməkdaşları ilə görüşmüşəm. Bu mövzuda iqtisadi danışıqlar aparılır. Bir səfir kimi mən Azərbaycanın Avrasiya Birliyi və KTMT-nin xətti ilə inteqrasiya proseslərinə yaxınlaşmasının tərəfdarıyam", - deyə o əlavə edib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət