Azərbaycanda bank sisteminin kapital adekvatlığı 23% təşkil edir, bu da cari əlverişsiz şəraitdə banklara təhlükəsizlik buferini təmin edir. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“İkinci rübdə koronavirusa görə maliyyə sektorunda vəziyyət bir qədər ağırlaşıb, amnaq AMB-nin tam nəzarəti altındadır. Kapitalın adekvatlıq göstəricisi 23% təşkil edir, bu da minimal səviyyədən çoxdur (10%) və təhlükəsizlik buferidir”, - Rüstəmov çərşənbə günü Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, cari əlverişsiz şəraitdə AMB ilin əvvəlindən pul-kredit siyasətinin yumşaldılması çərçivəısində uçot dərəcəsini 7,5%-dən 7%-dək endirib. Hazırda bank sisteminin likvidliyi 8 milyard manata yaxın təşkil edir.
Həmçinin, AMB-nin sədri vurğulayıb ki, 2020-ci ilin ikinci rübündə tənzimləyici maliyyə sektorunda sağlamlaşdırma çərçivəsində 4 kommersiya bankı və bir sığorta şirkətinin lisenziyalarını ləğv edib.
Rüstəmov əlavə edib ki, bu dövrdə Azərbaycan birinci rübdə azalmadan sonra strateji valyuta ehtiyatlarını artırmağa müvəffəq olub. “Hazırda bizim strateji valyuta ehtiyatlarımız faktiki olaraq 2020-ci ilin əvvəlinə olan göstəriciyə bərabərdir”, - AMB-nin sədri əlavə edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət