Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC dünya üzrə yüzdən artıq ölkədə sertifikasiya xidmətləri göstərən Norveç şirkəti “DNV GL”in apardığı müstəqil auditdən keçib. Nəticədə qurumun layiq görüldüyü Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının (ISO 27001-2013) etibarlılıq müddəti uzadılıb.
“ISO 27001” standartının xarakteristikasına əsasən “AzInTelecom”un Data mərkəzi və onun əsasında fəaliyyət göstərən “Azcloud” bulud həlləri İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sisteminin yaradılması, inkişafı və dəstəyi üçün tələb olunan informasiya təhlükəsizliyi standartlarına tam uyğundur. Bu, Data mərkəzində yerləşdirilən məlumatların kompleks təhlükəsizliklə təmin olunduğunun, sözügedən məlumatlara müştəri tərəfindən çıxışın avtomatlaşdırılması istiqamətində işlərin davam etdirilməsinin göstəricisidir.
İT idarəetməsi sahəsində ən effektiv metodların tətbiqi üzərində çalışan “AzInTelecom” daha öncə İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO 20000”, Biznesin Davamlılığı İdarəetmə Sistemi – “ISO 22301”, eləcə də “TIER III” sertifikatlarına layiq görülüb. Bir müddət öncə isə “ISO 27001” sertifikatının etibarlılığını uzatmaq üçün daxili auditə başlamışdı. Buna əsas səbəb informasiya təhlükəsizliyi və məlumat mübadiləsinin təkmilləşdirilməsi, eləcə də idarəçilikdə şəffaflığın artırılması olub.
Qeyd edək ki, eyni standartlar biznes proseslərinin idarə olunmasına da şamil edildiyi üçün nəticədə idarəçilikdə şəffaflığın artması da təmin olunur.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət