“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2020-ci ilin I yarısında yükaşırmanın həcmini (neft məhsulları istisna olmaqla) 2 milyon 524,8 min tonadək artırıb ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən 27% çoxdur. Bu barədə cəmiyyətin məlumatında deyilir.
Ümumi yükaşırmanın 87%-i və ya 1 milyon 192,8 min tonu tranzit yüklərin payına düşüb.
“Hesabat dövründə iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% artaraq 17,173 min ədəd olub. Bunlardan 11,776 min ədədi (68,6%) Bakı-Türkmənbaşı-Bakı, 5,397 min ədədi isə (31,4%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib”, - deyə məlumatda bildirilir.
Cari ilin yanvar-iyun aylarında TEU ekvivalentində 18,547 min konteyner aşırılıb ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə quru yüklərin aşırılmasında 5 dəfə artım olub və 401 min ton təşkil edib.
“COVID- 19 pandemiyasına görə ölkə sərhədlərinin bağlanması səbəbindən Bakı Limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 31% azalma qeydə alınıb və 13,776 min nəfər təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Ələt qəsəbəsində 400 hektar ərazidə həyata keçirilib. Hazırda burada bərə terminalı və tikinti işlərinin birinci mərhələsi çərçivəsində istifadəyə verilən Ro-Ro terminalı fəaliyyət göstərir. Limanın aşırma gücü 15 milyon quru yük və 100 min konteyner təşkil edir.
İkinci mərhələ başa çatdıqdan sonra limanın aşırma gücü 17 milyon ton yük və 150 min konteynerə qədər artacaq. Tikintinin üçüncü mərhələsi tamamlandıqdan sonra yeni liman 25 milyon ton yük və 1 milyon TEU konteyneri aşırma gücünə malik olacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət