Azərbaycan prezidenti İlham Əliyev hökumətə cari ildə investisiya proqramına su ilə bağlı iki layihəni daxil edərək maliyyələşdirmə ilə əlaqədar məsələni həll etməyi tapşırıb.
İ.Əliyev cümə axşamı su təsərrüfatının vəziyyətinəhəsr olunmuş videoformatda müşavirədə bu tapşırığı verib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov müşavirədə bildrib ki, 2014-cü və 2017-ci illərdə su ilə bağlı iki layihənin reallaşdırılması planlaşdırılıb. Bunlar ölkəmizin bütün su balansının çıxarılması, həm yeraltı ehtiyatların, həm də yerüstü çayların, göllərin təhlili prosesi, həmçinin hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsidir. Onun sözlərinə görə, hər iki layihə maliyyə olmadığından reallaşdırılmayıb.
“2014-cü ildə Niderlandın “Deltares” şirkəti ilə müqavilə bağlanmışdır və ölkəmizin bütün su balansının çıxarılması, həm yeraltı ehtiyatların, həm də yerüstü çayların, göllərin təhlili prosesi başlanmışdı. Təəssüflər olsun ki, 2014-cü ildən sonra bu layihənin icrası müəyyən maliyyə çatışmazlıqları səbəbindən dayandırılmışdır. Hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Yaponiyanın “Kahişa” şirkəti ilə 2017-ci ildə bağlanmış müqavilənin həyata keçirilməsi üçün vəsaitin ayrılması lazımdır”, - Heydərov bildirib.
Nazir əlavə edib ki, Yaponiya şirkəti ilə müqavilənin dəyəri $9 milyondur.
“Bəs nə üçün bu müqavilə icra edilməyib? 2017-ci ildə bağlanıb, üç il keçib, niyə icra olunmayıb?”, - Əliyev bildirib.
Maliyyə naziri Samir Şərifov, öz növbəsində bildirib ki, bu vəsaitin bir qismi Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 milyon dollar məbləğində həll edilməli idi. Yerdə qalan hissəsi ilə “Azərenerji” Səhmdar Cəmiyyəti tərəfindən görülməli idi. “Lakin naməlum səbəblərə görə bu məsələlər öz həllini tapmadı.Hər iki qurumun vəsaiti olub”,- nazir qeyd edib.
Buna cavab olaraq Heydərov bəyan edib ki, FHN 2 milyon dollar, 3 milyon dollar da Azərenerji tərəfindən ayrılmışdı və qalan hissəsini büdcə təmin etməli idi.
“Gərək, məsələ qaldıraydınız. Vəsait təmin olunmayıb, siz də məsələ qaldırmamısınız. Mən bu gün bunu eşidirəm. İndi baş nazirə tapşırıq verirəm ki, tez bir zamanda bunu həll edin və builki investisiya proqramından vəsait ayırın ki, bu məsələ tezliklə həll olunsun”, - Əliyev Heydərova müraciət edərək bildirib.
Nazir müşavirədə həmçinin bildirib ki, yaxın zamanda suyun uçotunun təkmilləşdirilməsi üçün müasir ölçmə vasitələrinin tətbiq edilməsi məsələsi öz həllini tapacaq.
Həmçinin, Heydərov su ehtiyatlarını artrmağa imkan verən bir sıra təkliflər irəli sürüb: əkin sahələrində suya qənaətedici müasir suvarma texnologiyasının tətbiqi üçün istehsalçılara dövlət dəstəyinin verilməsi, kollektor-drenaj tullantı sularının təmizlənməsi, təkrar istifadəyə cəlb olunması istiqamətində tədbirlərin hazırlanması və həyata keçirilməsi, dağ çaylarında relyefin imkan verdiyi yerlərdə sel sularının toplanması üçün kiçik su anbarlarının və yağış sularının toplanması məqsədilə sututarların tikintisi.
“Suvarma dövründən başqa dağ çaylarındakı suyun akkumulyasiya olunması üçün müvafiq yerlərin seçilməsi və oralarda qış dövründə, yəni suvarma olmayan dövrdə suların akkumulyasiya edilməsi haqqında mənə tapşırıq vermişdiniz. Biz Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu ilə bu istiqamətdə bəzi yerlərdə araşdırma aparmışıq. Onun reallaşdırılması üçün xarici mütəxəssislərə ehtiyacımız var və yəqin ki, onları pandemiyadan sonra dəvət edəcəyik. Çünki təbii olaraq Kürün suyu artmağa doğru deyil, azalmağa doğru gedir. Bizim də əsas su ehtiyatlarımızı təmin edən Mingəçevir, Varvara, Şəmkirçay və digər anbarlardır. Ona görə də biz gələcək üçün mövcud anbarların faydalı həcmini artırmaqdan ötrü Varvara, Türyançay və Əliçay çaylarını təmizləməliyik”, - nazir əlavə edib. **
X.Nəsirzadə
.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət