“PAŞA Həyat Sığorta” şirkəti 2020-ci ilin birinci yarısında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Sığorta” 132,82 milyon manat və ya 2020-ci ilin yanvar-iyun aylarında bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 33,1%-i həcmində sığorta haqqı toplayıb.
Birinci yarımillikdə həyat sığortası seqmentində sığorta haqlarının həcminə görə “PAŞA Həyat Sığorta” şirkəti liderdir. İkinci yerdə "Atəşgah Həyat" (21,249 milyon manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (6,21 milyon manat) qərarlaşıb. Hesabat dövründə “Xalq Həyat Sığorta” 1,341 milyon manat sığorta haqqı toplayıb.
Qeyri-həyat sığortası seqmentində “PAŞA Sığorta” yenidən lider olub. Şirkətin yığımları 100,212 milyon manat və ya sektorun ümumi yığılan sığorta haqqlarının 25%-ni təşkil edib.
Bu dövrdə sığorta haqlarının yığım həcminə görə beşliyə “Azərsığorta” (39,462 milyon manat), “Qala Sığorta” (19,082 milyon manat), “Xalq Sığorta” (13,293 milyon manat) və “Mega Sığorta” (13,101 milyon manat) daxil olub.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 86,5%-i və ya 346,771 milyon manat bu 9 şirkətin payına düşüb.
Birinci yarımillikdə sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 91,595 milyon manat və ya sığortaçıların bütün ödənişlərinin 49,6%-ni təşkil edib.
“PAŞA Həyat Sığorta” şirkəti həyat sığortası seqmentində ödənişlərin həcminə görə də lider olub. Bu seqmentdə ödənişlərin həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (16,202 milyon manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (1,602 milyon manat) qərarlaşıb. Bu dövrdə “Xalq Həyat Sığorta” şirkəti sığorta ödənişləri həyata keçirməyib.
Öz növbəsində, “PAŞA Sığorta” şirkəti qeyri-həyat sığortası seqmentində ödənişlər üzrə lider olub (31,642 milyon manat). Hesabat dövründə bu seqmentdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə “Xalq Sığorta” (8,195 milyon manat), “Atəşgah” (7,952 milyon manat), "Azərsığorta" (6,957 milyon manat) və “AtaSığorta” (4,784 milyon manat) daxil olub.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 91,4%-i və ya 168,929 milyon manat bu 8 şirkətin payına düşüb.
Beləliklə, 2020-ci ilin birinci yarısında “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” bazar üzrə bütün sığorta haqlarının 58,1%-ni toplayıblar. Ödənişlərdə şirkətlərin xüsusi çəkisi 66,7% təşkil edib.
2020-ci il iyunun sonuna Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət