İyulun 30-dan etibarən “Şahdəniz” konsorisumu “Şahdəniz” yatağının "Alfa” platformasında profilaktik işlərin aparılması məqsədilə hasilatı dayandırıb.Bu barədə “İnterfaks-Azərbaycan”a “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
“Şahdəniz” yatağının illik iş proqramının bir hissəsi olaraq “Alfa” platformasının və “Səngəçal” terminalında “Şahdəniz 1” qurğularının planlaşdırılmış profilaktik işlər proqramı bu gündən başlayıb.Plana əsasən, “Alfa” platformasından hasilat 2020-ci il iyul ayının 30-dan beş gün müddətinə dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın. Bu proqram normal əməliyyatların bir hissəsidir”, - şirkətdən məlumat verilir.
Həmçinin, bildirilir ki, Proqram üzrə həyata keçirilən işlər 2020-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.
O cümlədən, şirkətin məlumatına görə, “Şahdəniz Bravo” platformasından və “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun bütün platformalarından hasilat, həmçinin Cənub Qafqaz Boru Kəməri,Bakı-Tbilisi-Ceyhan vəQərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.
“Səngəçal terminalında“Şahdəniz2”, AÇG və İlkin Neft Layihəsi qurğuları da normal işləyəcək. Qazın Cənub Qafqaz Boru Kəməri və Azərbaycanın qaz xətlərivasitəsilə bazarlara çatdırılması, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ uyğun davam edəcək”, - şirkətdən bəyan ediblər.
Şirkətdən vurğulanıb ki, bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət