Avqust ayının 5-də Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
“İclasın gündəliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələrində, “Məşğulluq haqqında” Qanunda, “İşsizlikdən sığorta haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı məsələlər daxil edilib”, - deyə məlumatda bildirilir.
Dəyişikliklər çərçivəsində dövlət büdcəsində bir barel neftin baza qiymətinin 35 dollaradək azaldılması planlaşdırılır.
Hazırda dövlət büdcəsində bir barel neftin qiyməti $55 məbləğində müəyyən edilib.
2020-ci il dövlət büdcəsində gəlirlər üzrə proqnoz 24 milyard 134,5 milyon manat, xərclər üzrə proqnoz 26 milyard 894,7 milyon manat, kəsir üzrə proqnoz 2 milyard 760,2 milyon manat (ÜDM-nin 3,3%-i) təşkil edir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət