2020-ci ildə İşsizlikdən Sığorta Fondunun (İSF) gəlir və xərcləri 151 milyon 235,4 min manata qədər artırılır ki, bu da təsdiq edilmiş proqnozlardan 17,9% çoxdur.
Fondun büdcəsinə dəyişikliklər koronavirus (COVID-19) pandemiyasının nəticələrinin aradan qaldırılması üçün 2020-ci il üçün dövlət büdcəsində təklif olunan düzəlişlərlə bağlıdır.
Dəyişikliklərə əsasən, büdcə təşkilatları işçilərinin işsizlikdən sığorta ayırmaları şəklində daxilolmalar üzrə proqnoz 17 milyon 662,9 min manat (azalma 1%), büdcə təşkilatlarının işçilərindən tutulan işsizlikdən sığorta ayırmaları üzrə proqnoz 17 milyon 662,9 min manat (azalma 1%), özəl sektorda çalışan işçilərdən tutulan sığorta ayırmaları proqnoz 76 milyon 543,8 min manat (artım 0,5%) təşkil edəcək.
Xərclərin strukturunda işsizliyə görə sığorta ödənişləri 10 milyon manat (artım 2 dəfə), peşə hazırlığının təşkili və əlavə təhsil xərcləri 7 milyon manat (artım 40%), haqqı ödənilən ictimai işlərin təşkili xərcləri 3 milyon manat (artım 50%) təşkil edəcək.
Bundan əlavə, özünüməşğulluq tədbirlərinin təşkilinə 78 milyon 735,4 min manat (artım 23,5%) yönəldiləcək.
“İşsizlikdən sığorta haqqında" qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. İşsizlikdən sığorta çərçivəsində sığorta ödənişinin 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi nəzərdə tutulur. Sığorta ödənişi sığorta stajından asılı olaraq vətəndaşın itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır: sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz; sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz. Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır: işçinin özünün əmək haqqından tutulan 0,5% və müəssisə üzrə əməyin ödənişi fondundan 0,5%.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət