2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 21,6 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-iyun aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13% artıb, qeyri-neft sektorunda 4,3% azalıb.
Bu dövrdə sənaye məhsulunun 61%-i mədənçıxarma sektorunda, 32,7%-i emal sektorunda, 5,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 7,8 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 92,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 41%, maşın və avadanlıqların istehsalı 64,9%, kompüter, elektron və optik məhsulların istehsalı 42,8%, sair nəqliyyat vasitələrinin istehsalı 57,7%, tütün məmulatlarının istehsalı 27,1%, kağız və karton istehsalı 24,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 19%, kimya sənayesi məhsullarının istehsalı 18,8%, geyim istehsalı 15,8%, elektrik avadanlıqlarının istehsalı 5,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 0,4% artıb.
Yanvar-iyul aylarında hazır metal məmulatlarının istehsalı 0,4%, içkilərin istehsalı 7%, neft məhsullarının istehsalı 0,9%, poliqrafiya məhsullarının istehsalı 5,9%, qida məhsullarının istehsalı 1,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 13,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,1%, tikinti materiallarının istehsalı 4,8%, mebel istehsalı 13,8% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 11,8% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,5% azalıb.
2019-cu ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 4,3% artıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət