Ermənistanda sağlamlaşma və irəliləyiş yalnız bu ölkənin öncəki və hazırki liderləri saxtakarlıq düşkünlüyündən sağalandan sonra mümkündür. Azərbaycanlı politoloq Fuad Axundov belə hesab edir.
Axundov vurğulayıb ki, şənbə günü Ermənistanın sabiq prezidenti Robert Koçaryan bəyan edib ki, 28 il əvvəl Dağlıq Qarabağda guya Dövlət Müdafiə Komitəsi yaradılıb. “Koçaryan bəyan edir ki, bu komitə yaradılanda guya Dağlıq Qarabağın 70%-ni Azərbaycanın hərbi texnikası tutmuşdu. Lakin bu hətta Ermənistanın mövqeyinə ziddir, yəni, Robert Sedrakoviçin sözləri ağ yalandır”, - o belə hesab edir.
Politoloq qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı artıq 1992-ci ilin may ayında faktiki olaraq başa çatıb, bu zaman Ermənistan Azərbaycanın sonuncu yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal edib.
“Bu səbəbdən, 1992-ci ilin avqust ayında azərbaycanlılar heç cür Dağlıq Qarabağın 70%-nə nəzarət edə bilməzdilər, çünki həmin dövrdə Ermənistan nəinki Dağlıq Qarabağ ərazilərinin 100%-ni, həm də kənara çıxaraq Azərbaycanın Laçın rayonunu işğal etmişdi, qanlı etnik təmizləmə və Xocalı şəhərində soyqırım törətmişdi. Koçaryan isə sadəcə olaraq 1992-ci ildə yaradılan saxta məlumatı təkrar etdi. Həmin saxta məlumat həmin dövrdə dünya birliyinin aldadılmasını nəzərdə tuturdu. Bildirilirdi ki, guya DQMR-nın ərazisinin böyük hissəsi azərbaycanlıların nəzarəti altındadır, ermənilər isə azlıq təşkil edir (yəni guya 30%) və bu yazıq azlığı soyqırım və Azərbaycanın təcavüzündən xilas etmək lazımdır. Əslində isə, bir daha təkrar edirəm, Ermənistan bütün azərbaycanlıları qovub və Dağlıq Qarabağda, həmçinin ondan kənarda Azərbaycanın bütün yaşayış məntəqələrini işğal edib. Beləliklə, Koçaryan bizə etnik təmizləmə və Azərbaycan ərazilərinin işğalı ilə pərdələnən saxta məlumatlar fabrikinin necə çalışdığını xatırlatdı. Lakin o nəzərə almayıb ki, indi dəlisov 90-cı illər deyil, Ermənistanın bu cür saxta məlumatların vəhdətindən təşkil olunduğu bütün informasiya siyasətinin saxta məlumatlarının asan qeydə alındığı informasiya texnologiyası ilə 21-ci əsrdir”, - o əlavə edib.
Axundov hesab edir ki, erməni siyasətçiləri saxtakarlıq asılılığından sağalmalıdırlar. “Bundan əlavə, onlar törətdiklərinə görə azərbaycanlılardan üzr istəməlidirlər, Ermənistan Silahlı Qüvvələrinin ekspedisiya korpusunu Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunan rayonlarından çıxarmalıdırlar. O cümlədən, erməni xalqı qarşısında etiraf etməlidirlər ki, yalan ümid verərək, 30 il fasiləsiz olaraq bitməyən saxta məlumatlar axınını xalqa çatdırırlar, guya bütün dünya birliyini aldatmağa müvəffəq olacaqlar”, - Fuad Axundov əlavə edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət