“Caspian Energy Club”ın İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) bölməsinə daxil olan ölkənin aparıcı İKT şirkətlərinin nümayəndələri ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin onlayn formatda görüşü keçirilib.
Görüş “Caspian Energy Club”un Baş icraçı direktoru Telman Əliyevin giriş nitqi ilə başlayıb. Sonra isə Elmir Vəlizadəyə çıxış üçün söz verilib.
Nazir müavini çıxışında hazırda, pandemiya dövründə, İKT sahəsində cari vəziyyət, görülən işlər və yaxın perspektivlər barədə məlumat verib. E.Vəlizadə unikal bir dövrdə yaşadığımızı, XXI əsrin ilk pandemiyası ilə mübarizə apardığımızı və bəşəriyyət tarixində ilk dəfə olaraq bu mübarizədə İKT-nin mühüm rol oynadığını qeyd edib. Nazirlik rəsmisi ölkədə bu müddət ərzində tətbiq olunmuş İKT həllərdən danışıb, başlıca vəzifənin isə İKT şirkətlərinin potensialının qorunub saxlanılması, kadrların itirilməsinə yol verilməməsi olduğunu bildirib.
Gələcək perspektivlərə baxış üçün isə görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycanda və dünyada İnformasiya-Kommunikasiya Texnologiyaların inkişaf tendensiyaları və perspektivləri” mövzusunda təqdimatla çıxış edilib.
Nazirliyin Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsini icra edən Heydər Rüstəmovun etdiyi təqdimatda ölkəmizdə 2013-2019-cu illərdə İKT inkişafının mövcud vəziyyəti, inkişafın əsasında duran sahələr, gəlirlərin dəyişmə dinamikası, İKT istehsalının strukturu, sahə üzrə məhsul və xidmətlərinin ixracı və idxalı, pandemiya ilə əlaqədar 2020-ci il ərzində İKT-nin mövcud vəziyyəti barədə məlumat verilib, eləcə də sektorun inkişafı ilə bağlı hazırlanmış ilkin təkliflər təqdim olunub.
Sonra təqdimat ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb. Ümumilikdə iştirakçıların fikirləri, qarşılaşdıqları çətinliklər və problemlər dinlənilib, sektorun inkişafı ilə bağlı təklifləri müzakirə olunub.
İştirakçılar pandemiya dövründə, xüsusilə də xüsusi karantin rejiminin ilk vaxtlarında və hazırda nazirliklə keçirilən bu görüşləri yüksək qiymətləndiriblər. Bildirilib ki, bu görüşlər İKT şirkətləri üçün yaranmış vəziyyətdə fəaliyyətlərinin təşkilinə dair təlimat əldə etməyə, mövcud problemlərin operativ həlli üçün əlaqələrin yaradılmasına xidmət edib. Hazırlanmış təqdimat iştirakçılar tərəfindən təqdirəlayiq hesab edilib və aparılan təhlilin gələcək fəaliyyət üçün əhəmiyyəti vurğulanıb. Şirkətlərin də təkliflər təqdim edəcəyinə dair fikirlər səsləndirilib.
“Caspian Energy Club”u tərəfindən pandemiya dövründə İKT şirkətlərinin, o cümlədən kluba daxil olan şirkətlərin qarşılaşdıqları problem və çətinliklərə həssaslıqla yanaşdığına, bu həssas vəziyyətdə onların problemlərinin operativ həll olunmasına göstərdiyi diqqət və qayğıya görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə təşəkkür olunub.
Sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən CASPIAN ENERGY CLUB 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialqounun fəal iştirakçısı olan CASPIAN ENERGY CLUB-un əsas məqsədi Azərbaycanda və CASPİAN ENERGY CLUB-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və həmin dialoqlarda iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan CASPIAN ENERGY CLUB mütəmadi olaraq CEO Brunch, CEO Lunch, Business Tour, Round Table və s. kimi müxtəlif tədbirlər keçirir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar təşkil olunur. CASPIAN ENERGY CLUB-un mənzil-qərargahı Bakıda yerləşir. CASPIAN ENERGY CLUB-un dünyanın müxtəlif ölkələrində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət