Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində ümumi gücü 440 MVt olan iki yeni elektrik stansiyasının tikintisi üzrə hazırlıq işlərinə başlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Energetika Nazirliyinin Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə imzaladığı İcra Müqaviləsinə uyğun olaraq, 240 MVt gücündə külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb. Stansiyaların 3-ü Xızıda, 3-ü isə Abşeron rayonu ərazisində quraşdırılıb. Hürdürlüyü 100 metr olan bu stansiyalar vasitəsilə 9-12 ay ərzində külək ölçmələri həyata keçiriləcək və nəticəyə əsasən turbinlərin optimal yerləşməsi müəyyən ediləcək”, - deyə məlumatda bildirilir.
Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Sitalçay kəndlərinin dağlıq hissəsində hər biri 6 MVt gücdə olan 40 ədəd külək turbin qurğusunun tikilməsi nəzərdə tutulur. Külək Elektrik Stansiyasının Pirəkəşküldə olan hissəsində ümumi gücü 102 meqavat olmaqla 17 külək turbini, digər hissədə - Xızı rayonunun Sitalçay kəndinin yaxınlığında yerləşən dağlıq ərazidə isə ümumi gücü 138 MVt olan 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.
“Külək Elektrik Stansiyası üçün müəyyənləşdirilmiş ərazilərdə topoqrafiya işləri və mühəndis-geoloji tədqiqatlar başa çatdırılıb. Ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar isə davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Gücü 200 MVt olan günəş elektrik stansiyası isə Qaradağ və Abşeron rayonları ərazisində inşa olunacaq. Layihə üçün ayrılmış ərazilərdə ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı sorğuların və tədqiqatların aparılmasına hazırlıq gedir.
2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
Hər iki layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək.
“Masdar” şirkətinin inşa edəcəyi günəş elektrik stansiyası Bakıdan 75 km cənub-qərbdə yerləşəcək və 2022-ci ilədək kommersiya istismarına veriləcək.
Daha əvvəl energetika nazirinin müavini Elnur Soltanov bildirmişdi ki, "ACWA Power” və “Masdar” şirkətləri tərəfindən layihələrin reallaşdırılması iki ilə yaxın vaxt aparacaq.
Bu stansiyaların hər biri mərhələli şəkildə istismara veriləcək və ümumi enerji sisteminə inteqrasiya olunacaq. Layihələrin reallaşdırılmasına ümumi sərmayə qoyuluşu təxminən $400 milyon məbləğində qiymətləndirilir.
Bu iki layihənin reallaşdırılması Azərbaycana illik 300 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bu da ölkə əhalisi tərəfindən il ərzində istehlak olunan qazın ümumi həcminin 10%-ni təşkil edir.
Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir. 2019-cu ilin yekunları üzrə iri su elektrik stansiyaları nəzərə alınmaqla elektrik enerjisi istehsalının faktiki həcmi cəmi 7,9% olub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət