SOCAR Aşdodda (İsrail) satışa çıxarılmış “Paz” neft emalı zavodunu (NEZ) almağı planlaşdırmır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
"Belə bir təklif bizə daxil olub, lakin SOCAR hazırda bu layihəyə investisiyanı nəzərdən keçirmir”, - deyə o biıldirib.
Daha əvvəl İsrailin "Calcalist" qəzetində NEZ-in alınması üçün SOCAR-a yerli tərəfdaşın tələb olunması səbəbindən Azərbaycan nümayəndələrinin bir neçə İsrail şirkəti ilə danışıqların aparıldığı qeyd olunmuşdu. Tərəfdaş qismində İsrailin "Şafir Andasa" və "Aspen" şirkətləri qeyd olunur.
"SOCAR İsrailə neftin əsas tədarükçüsüdür. Şirkət Aşdoddakı “Paz” və Hayfadakı “Bazan” NEZ-ə neft tədarük edir. Buna görə də bu neft emalı zavoduna tərəfdaş kimi malik olmaq onun üçün təchizat zəncirində maraqlı sövdələşmə ola bilər", - deyə nəşr vurğulayıb.
Dövlət zavodun səhmlərinin 100%-ni investora satmağı planlaşdırır.
Açıq mənbələrdən verilən məlumata görə, "Paz" neft emalı zavodu ildə 4,2 milyon ton neft emal edir. Onun məhsullarının 70%-i daxili bazara, 30%-i ixraca yönəldilir. Müəssisənin təxmini dəyəri ən azı $180 milyondur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət