BP şirkəti 2021-ci ildə Abşeron arxipelaqının dayazsulu hissəsində (Shallow Water Absheron Peninsula, SWAP) üç kəşfiyyat quyusunun qazılmasını planlaşdırır.
“SWAP müqavilə sahəsinə 3 perspektivli sahə daxildir – şimal-şərq, cənub-şərq və qərb. Bu sahələrin hər birində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. 2021-ci ilin birinci rübündə sahildən 15 km məsafədə dənizin 22 metr dərinliyində şimal-şərq perpektivli sahədə North Khali (NKX01) quyusunun qazma işləri başlayacaq”, - “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi şirkətin materiallarında deyilir.
BP-nin məlumatına görə, NKX01 quyusunun qazılmasında məqsəd dəniz dibindən 2,5 min metr dərinliyində karbohidrogen ehtiyatlarının aşkarlanmasıdır.
“Əsas ssenariyə əsasən, NKX01 quyusunun qazma işlərinə 2021-ci ilin yanvar ayında başlanacaq. Lakin, əvvəlki təcrübəyə əsaslanaraq, logistika və ya digər əməliyyatlar səbəbindən ən düzgün hüsablamara görə qazma işlərinin əvvəlində 2 aya qədər ləngimələr mümkündür. Quyunun qazılmasında əsas məqsəd – gələcəkdə müqavilə ərazisinin potensial işlənməsindən öncə karbohidrogenlərin mövcudluğunun təsdiq etməkdir”, - sənəddə qeyd olunur.
Qazma işlərinin 90 günədək davam edəcəyi gözlənilir. Əgər NKX01 quyusunun nəticələri üzrə bir sıra hədəf göstəricilər əldə olunarsa, o zaman maili qiymətləndirmə quyusunun qazılması üçün əlavə bir ay tələb olunacaq.
“Gələn ilin ikinci rübündə cənub–şərq perspektivli sahədə Qarabatdag (QBDX01) kəşfiyyat quyusunun, IV rübdə - qərb sahəsində Bibiheybat (BHEX01) kəşfiyyat quyusunun qazma işlərinə başlamaq planlaşdırılır”, - materiallarda deyilir.
Xəbər verildiyi kimi, kəşfiyyat qazma işlərinin həyata keçirilməsinə Qazaxıstandan icarəyə götürülmüş “Satti” özüqalxan üzən qazma qurğusu cəlb olunacaq. BP qazma işlərinin yekunları üzrə bu blokda neft ehtiyatlarının aşkarlanacağına ümid edir.
2016-cı ilin noyabr ayında “BP-Azerbaijan” şirkəti Abşeron arxipelaqının dayazsulu hissəsində seysmik tədqiqatlar aparılıb. Seysmik tədqiqatlar 1,52 min kvadratmetr ərazini əhatə edib. 90 kvadratmetr ərazi quruda tədqiq olunub.
Seysmik işlərin yekunları üzrə Abşeron arxipelaqının dayazsulu hissəsində qazma işlərinin həyata keçirilməsi üçün 3 sahə seçilib.
2014-cü il dekabrın 22-də SOCAR ilə BP arasında Abşeron arxipelaqının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi imzalanıb.
Müqavilə sahəsi təxminən 1,9 min kvadratmetr təşkil edir. Saziş üzrə 50% pay BP, 50% pay isə SOCAR-a məxsusdur.
Saziş çərçivəsində işlər 3 mərhələyə bölünüb: ilkin kəşfiyyat, əsas kəşfiyyat, yataqların işlənməsi.
30 ay davam edəcək birinci mərhələ çərçivəsində BP 3D və 2D seysmik tədqiqat işləri həyata keçirməli, həmçinin işlərin bütün müqavilə sahəsində ətraf mühitə təsirini qiymətləndirməlidir. Əgər BP bu müddət ərzində perspektivli strukturlar aşkar edərsə, 4 bu cür struktur seçmək və növbəti mərhələyə - əsas kəşfiyyata keçmək hüququna malikdir.
Müqaviləyə əsasən, ikinci mərhələnin reallaşması 3 ilə qədər müddəti əhatə edə bilər.
Bu dövrdə BP seçilmiş strukturlarda mühəndis-geoloji tədqiqat aparmalı və həmin işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair hesabat hazırlamalıdır. Bu dövr ərzində podratçı kommersiya nöqteyi-nəzərindən qiymətli ehtiyatlar aşkar edərək bu barədə SOCAR-a məlumat verərsə, 6 ay ərzində bu yataqların işlənməsi proqramını hazırlamalı və bundan sonra 3-cü mərhələyə - birbaşa işlənmə prosesinə keçməlidir.
Saziş işlənmə mərhələsinin 23 il davam edəcəyini nəzərdə tutur, lakin bu dövr uzadıla bilər. BP işlənmə mərhələsinin başladığı 36 ay ərzində sənaye hasilatına başlamalıdır.** N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət