2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 24,7 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-avqust aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,6% artıb, neft sektorunda 4,9% azalıb.
Bu dövrdə sənaye məhsulunun 60,7%-i mədənçıxarma sektorunda, 33,1%-i emal sektorunda, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,5 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 63 faiz, maşın və avadanlıqların istehsalı 50,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 39,5 faiz, tütün məmulatlarının istehsalı 38,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 36,8 faiz, geyim istehsalı 32 faiz, kağız və karton istehsalı 30,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,4 faiz, poliqrafiya məhsullarının istehsalı 11,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 4,7 faiz, elektrik avadanlıqlarının istehsalı 3,4 faiz, neft məhsullarının istehsalı 2,2 faiz artıb, qida məhsullarının istehsalı 0,8 faiz, tikinti materiallarının istehsalı 1,8 faiz, hazır metal məmulatlarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,3 faiz, içkilərin istehsalı 9 faiz, mebel istehsalı 19,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,6 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 9,7 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,7 faiz azalıb.
2019-cu ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 4,3% artıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət