Azərbaycanda fındıq istehsalçıları fındıq məhsulları üzrə milli standartların yaradılması və tətbiq edilməsi təklifi ilə çıxış ediblər.
Bu fikir Kənd Təsərrüfatı Nazirliyində fındıq istehsalı və ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslərin iştirakı ilə keçirilən onlayn videokonfransda səsləndirilib.
Görüşdə fındıq məhsulları üzrə milli standartların yaradılması, subsidiyaların emal müəssisələri tərəfindən alış aktları əsasında verilməsi, emal müəssisələri ilə fermerlər arasında “müqavilə əsaslı istehsal” razılaşmalarının imzalanması kimi təkliflər səsləndirilib.
“Fındıq məhsullarının ixracatda mühüm rol oynadığını deyən kənd təsərrüfatı naziri İnam Kərimov dövlətin subsidiya mexanizmi vasitəsilə bu sahənin inkişafına dəstək verdiyini bildirib”, - deyə nazirliyin mətbuat xidmətinin məlumatında qeyd olunur.
Yekunda ölkədə fındıqçılığın daha da inkişafı üçün təkliflərin qısa müddət ərzində sistemləşdirilərək nazirliyə təqdim olunması qərara alınıb. Fındıq istehsalı və ixracatı ilə məşğul olan fermer və sahibkarlar belə görüşlərin movcud çətinliklərin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, intensiv fındıq bağlarının hər hektarına görə 400 manat, köhnə bağların hər hektarına görə isə 240 manat subsidiya ödənilir.
“Hazırda Azərbaycanda fındıq bağlarının ümumi əkin sahəsi 79,5 min hektardır. Fındıq bağlarının 43,4 min hektarı və ya 54,6%-i bar verən yaşdadır”, - deyə məlumatda qeyd olunur.
Ötən il Azərbaycanda 53,8 min ton fındıq istehsal olunub. 2019-cu ildə Azərbaycandan qabıqlı fındıq ixracı əvvəlki ilə nəzərən 2.2 dəfə, fındıq ləpəsi ixracı isə 20.9% artıb. 2019-cu ildə cəmi fındıq ixracının 97.3%-i fındıq ləpəsinin, 2.7%-i isə qabıqlı fındığın payına düşüb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət