Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci ilin əvvəlindən bank sektoruna 1 milyard manat həcmində likvidlik dəstəyi verib. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov məlumat verib.
E.Rüstəmov Sahibkarlarla Əməkdaşlıq Şurasının onlayn formatda keçirilən iclasında qeyd edib ki, AMB-nin gördüyü tədbirlər nəticəsində biznes kreditləri və ipoteka kreditləri artıb, istehlak kreditləri isə azalıb.
2020-ci ilin əvvəlindən ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara verilən kreditlər üzrə requlyativ tələblər yumşaldılıb, istehlak kreditləşdirilməsinin daraldılması məqsədilə requlyativ tələblər sərtləşdirilib.
Sədr vurğulayıb ki, pandemiyanın mənfi təsirlərinin minimallaşdırılması məqsədilə bir sıra prudensial normativlər yumşaldılıb, kapital buferlərinin artırılması və pandemiyadan təsirlənən iqtisadi subyektlərin kreditlərinin restrukturizasiyası ilə bağlı tövsiyələr verilib. Bu günədək 49 min borcalanın 886 milyon manat krediti restrukturizasiya edilib. Kredit portfelinin restrukturizasiyası Mərkəzi Bankın requlyativ yumşaltma tədbirləri ilə yanaşı, bankların öz təşəbbüsü ilə də aktiv şəkildə aparılıb.
Özünüməşğulluq proqramı çərçivəsində Mərkəzi Bankın təşviqi ilə banklar tərəfindən həssas əhali qrupuna müxtəlif aktivlər təqdim edilib. Kənd yerlərində maliyyə resurslarına çıxışın artırılması məqsədilə Mərkəzi Bank əlaqədar qurumlarla birgə layihəyə başlayıb.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev biznes sektorunun bir istiqaməti kimi bankların cari fəaliyyətində mövcud şəraitdən irəli gələn çətinlikləri qeyd edib. “Pandemiyadan daha çox ziyan görən sahələrə maliyyə dəstəyi və müvafiq güzəşt mexanizmlərinin tətbiqi daha vacib olsa da, eyni zamanda, banklar həmin biznes subyektlərinin əlavə risklərini üzərlərinə götürməyə çətinlik çəkirlər. Banklarda müvafiq requlyativ yumşaldılma tədbirlərinin müddətinin uzadılması imkanlarına baxılması məqsədəuyğundur”, - deyə o qeyd edib.
Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev çıxışında maliyyə-bank sektoru ilə sahibkarlar arasında mühüm əməkdaşlıq platforması kimi şuranın xüsusilə pandemiya şəraitində biznesə zəruri dəstəyin göstərilməsi baxımından əhəmiyyətini qeyd edib. O, sahibkarlar arasında keçirdikləri müntəzəm təhlili sorğular barədə məlumat verərək bildirib ki, mövcud iqtisadi şəraitdə ödəniş qabiliyyətli biznes subyektlərinin sayı azalmaqdadır. Bir çox hallarda onların biznes planları bankları qane edəcək keyfiyyətdə hazırlanmır. Dövlətin biznesə dəstək fondlarının ayrı-ayrılıqda mühüm əhəmiyyətini qeyd etməklə yanaşı, mövcud şəraitdə onların fəaliyyətinin konsolidasiyası imkanlarına baxılmasının vacibliyini diqqətə çatdırıb. C.Abdullayev vurğulayıb ki, beynəlxalq praktikada, xüsusən Türkiyə və Malayziya təcrübələrində də rast gəlindiyi kimi, banklar tərəfindən biznesə dəstəkdə daha çox dövlətin zəmanət mexanizmlərindən istifadəyə üstünlük verilməsi məqsəduyğundur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət