2020-ci ilin yekunları üzrə “VTB Bank (Azerbaijan)” ASC işlək kredit portfelini 120 milyon manat səviyyəsində, xalis mənfəəti 2,3 milyon manat həcmində planlaşdırır. Bunu bankın İdarə Heyətinin sədri Yevgeni Kirin deyib.
“İlin sonuna proqnozlar sırf biznes planımıza uyğun olaraq təşkil olunur, həmin biznes plan, öz növbəsində, bankın 2023-cü il də daxil olmaqla bu dövrə qədər strategiyasının tərkib hissəsidir. Biz biznes planlarımızı korreksiya etmirik və bizim proqnozumuz cari il üçün biznes plana tam uyğundur. Biz bunun çətin olduğunu anlayırıq, çünki biznes plan qurduğumuz zaman şərtlər fərqli idi. Lakin, buna baxmayaraq, onun reallaşdırılması üçün özümüzdə imkanlar görürük. Bundan əlavə, əldə olunan nəticələr biznes planın tam həcmdə icrasına proqnozlaşdırılmasına imkan yaradır”, - Kirin “İnterfaks-Azərbaycan”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bank 2020-ci ili 2,3 milyon manat xalis mənfəətlə başa vurmağı gözləyir.
“Bizişlək kredit portfelini 120 milyon manata çatdırmağı planlaşdırırıq, bu da 2019-cu illə müqayisədə 45% artım deməkdir, depozit portfelini isə 86 milyon manata çatdırmaq niyyətindədyik (artım 17% - İF). Hesab edirik ki, ili sonuna bankın məcmu kapitalı 60 milyon manatı ötəcək”, - Kirin bildirib.
O qeyd edib ki, birinci yarımilliyin yekunları üzrə bank birmənalı olamyan vəziyyətə baxmayaraq, heç də pis olmayan nəticələr nümayiş etdirib.
“Birinci yarımillik ərzində maliyyə nəticləri barədə söz açmışkən, bankın xalis mənfəəti 1,5 milyon manat təşkil edib. Eyni zamanda, biz işlək kredit portfelinin bu dövr ərzində 15,1% artdığını, vaxtı ötmüş borcun 3,1% azaldığını qeyd edirik. Bizim korporativ portfel əhalinin kreitləri üzrə portfeldən daha yüksdək dinamika nümayiş etdirib. Belə ki, ilk 6 ayın yekunları üzrə korporativ portfel 18% artıb, pərakəndə portfel isə - 11,7%. Biz vaxtı tmüş kreditlərin azalmasını qeyd edirik, amma yeni kreditlər üzrə porteflin yüksək keyfiyyətini saxlamağa müvəffəq olmuşuq. 2017-ci ildən etibarən verilən kreditlərə nəzər yetirsək, onlar üzrə vaxtı ötmüşlərin həcmi 2%-dən artıq deyil. Biz bunu mühüm göstəricilərdən biri hesab edirik və bu seçilmiş strategiya və risklərin idarə edilməsinin düzgünlüyünü nümayiş etdirir. Ümid edirik ki, bizim bunun üçün ciddi səbəblərimiz var, biz ilin sonunadək porteflin yeksək keyfiyyətini qoruya biləcəyik”, - o əlavə edib.
Xəbər verildiyi kimi, 2020-ci ilin birinci yarısında “VTB Bank (Azerbaijan)” ASC aktivlərini 7,1% - 168,56 milyon manata qədər artırıb. 2020-ci il iyunun 30-na bankın kredit portfeli 70,464 milyon manata bərabərdir (artım 13,5%). Hesabat dövrünün sonuna bankın öhdəlikləri 106,866 milyon manat (artım 10,1%), depozitləri 61,381 milyon manat (artım 4,1%), o cümlədən fiziki şəxslərin əmanətləri 33,379 milyon manat təşkil edir. İyulun əvvəlinə bankın kapitalı 61,693 milyon manat (artım 2,3%), nizamnamə kapitalı 315,815 milyon manat (dəyişməyib) təşkil edib.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət