“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC dövlət qeydiyyatından keçib. Bu barədə Vergilər qəzeti məlumat verir.
Məlumata əsasən, şirkət 31 avqust 2020-ci il tarixində dövlət qeydiyyatından keçib. Şirkətin rəsmi nümayəndəsi Azər Kərimovdur.
Şirkətin Müşahidə Şurasına 6 nəfər daxil olub – Vüqar Hüseynli, Fuad Sadıqov, Fərid Hidayətov, Eldar Abbaszadə, Anar Nəsirli və Pərviz Səfərov.
Xəbər verildiyi kimi, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin nizamnamə kapitalı 2 milyon 187,5 min manat, hər bir təsisçinin payı - 312,5 min manat təşkil edir.
Şirkət Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkət tərəfindən təsis edilib: “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta”.
Həmçinin, gələcəkdə digər sığorta şirkətləri də şirkətin səhmdarları ola bilər.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin yaradılmasından sonra sığorta fəaliyyəti üçün lisenziyanın əldə edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB) yekun müraciət ediləcək.
Prezident İlham Əliyev 2019-cu ilin avqust ayında “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş qanun aqrar sığorta sahəsində əsas anlayışları, dövlətin vəzifələrini, aqrar sığortanın predmetini, aqrar sığorta üzrə təminat verilən riskləri, aqrar sığortanın tənzimlənməsini və digər aspektləri nəzərdə tutur.
Prezident İ.Əliyev, həmçinin “Aqrar sığorta haqqında” qanunun tətbiqi və “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, fondun ilkin nizamnamə kapitalı 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşıb. Bundan başqa, Nazirlər Kabinetinə 2020-ci və 2021-ci illərin dövlət büdcələrinin layihələrində fondun nizamnamə kapitalının artırılması məqsədilə müvafiq olaraq 5 milyon və 3 milyon manat vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb. Beləliklə, 2022-ci ilədək fondun nizamnamə kapitalı 9 milyon manatadək artacaq.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət