Ukraynada BASA City şəhərkənarı yaşayış kompleksi (Kiyev vilayətinin Xodosovka kəndi) layihəsini həyata keçirən Azərbaycanın “Caspian Service” tikinti şirkəti 2021-2022-ci illərdə ümumi sahəsi 150 min kv.m olan yaşayış və kommersiya daşınmaz əmlakının tikintisi sahəsində üç layihə həyata keçirməyi planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin məlumatında deyilir.
“Caspian Service” şirkətinin CEO-su Çingiz Kişiyevin sözlərinə görə, “nature friendly” formatının geniş yayılması ilə əlaqədar şirkət diqqəti Kiyev yaxınlığında sözügedən formatda azmərtəbəli binaların tikintisi layihələrinə yönəltmək niyyətindədir.
"Biz şəhərkənarı yaşayış kompleksi layihələrimizi şəhər sakinlərinin şəhər komfortu və müasir kommunikasiyaların bütün zəruri elementlərinin daxil edilə biləcəyi təbii sağlam və rahat yaşayış mühitinə qayıtması imkanı kimi nəzərdən keçiririk. Biz bazarda mənzil alıcılarının məhz bu cür layihələrə tələbinin formalaşmasını müşahidə edirik", - deyə şirkətin məlumatında Kişiyevə istinadən bildirilir.
Layihələrdə, həmçinin sosial infrastruktur obyektlərinin, supermarketlərin, apteklərin və çoxsəviyyəli parkinqlərin tikintisi də nəzərdə tutulub. Layihə üzrə ərazinin 2/3-dən çox hissəsinin rekreasiya zonalarının yaradılması üçün ayrılması planlaşdırılır. Layihələrə yatırılan investisiyaların məbləği razılaşdırılma mərhələsindədir.
“Caspian Service” 2001-ci ildə təsis olunub. Şirkətin portfelinə Azərbaycanda 71, Qazaxıstanda 6, Gürcüstanda 2, Polşada 1, Ukraynada 8 layihə daxildir. Yarandığı gündən etibarən şirkət tərəfindən təxminən 1,5 milyon kv.m sahə tikilərək istismara verilib.
“Caspian Service” şirkəti 2014-cü ildə Ukrayna bazarına daxil olub və 2018-ci ildə Kiyev yaxınlığında BASA City yaşayış kompleksi layihəsinin reallaşdırılmasına başlayıb. Şirkət layihəyə $7 milyon məbləğində sərmayə yatırmağı planlaşdırır. Birinci növbənin 2021-ci ilin I rübündə istismara verilməsi nəzərdə tutulub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət