Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") Yekaterinburqdan Azərbaycana uçuşların həyata keçirilməsi üçün verilən icazəni geri çağırıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin məlumatında deyilir.
Qurumun 23 sentyabr tarixli iclasının yekunları üzrə “Rosaviasiya” "İrAero" aviaşirkətinə Azərbaycana uçuşların həyata keçirilməsi üçün verilmiş icazənin geri çağırılması barədə qərar qəbul edib. O cümlədən, daşıyıcının imtina etməsi səbəbindən “İrAero” aviaşirkətinin Yekaterinburq-Bakı (həftənin bütün günləri) və Yekaterinburq-Lənkəran reyslərinə (həftədə iki dəfə) icazəsi də geri çağırılıb.
Bundan başqa, “Rosaviasiya” "Red Wings" və "AZİMUT" aviaşirkətlərinin Azərbaycana uçuşlar həyata keçirməsinə icazə verməyib. "Red Wings” aviaşirkətinin Yekaterinburq-Bakı (həftədə 4 dəfə), “AZİMUT” aviaşirkətinin isə Krasnodar-Bakı reyslərini yerinə yetirməsinə icazə verilməyib.
Həmçinin "Pobeda" aviaşirkəti tərəfindən çarter reyslərinin yerinə yetirilməsinə icazə verilməsi ilə bağlı dəyişikliklər edilib. Daşıyıcının Azərbaycan, Bolqarıstan, İspaniya, İsrail, İtaliya (Roma, Milan), Fransa, Kuba, İordaniya, Latviya, Estoniya, Niderland və Macarıstan istisna olmaqla, xarici dövlətlərin ərazisindəki məntəqələrə və məntəqələrdən çarter reyslərinin yerinə yetirilməsinə verilən icazənin müddəti uzadılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət