Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının baş prokuroru İqor Krasnova və İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə rəsmi müraciət edərək Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar milli nifrəti qızışdıran erməni millətçiləri barədə qanuni tədbirlərin görülməsini xahiş edib.
Baş Prokurorluğun məlumatında bildirilir ki, Rusiyanın bir sıra kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyanın bu ölkədə yaşayan 20 minə yaxın erməni soydaşını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının köməyi ilə göndəriləcəyinə dair bəyanat verib.
Bundan başqa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun “Vzqlyad” qəzetində Azərbaycanın mülki əhalisinin yaşadığı Gəncə şəhəri və Daşkəsən rayonu ərazilərinin, o cümlədən beynəlxalq strateji əhəmiyyət kəsb edən Bakı-Ceyhan qaz kəmərinin atəşə tutulması barədə çıxışı da yer alıb.
“Bununla bağlı baş prokuror Kamran Əliyev Krasnova və Bastrıkinə rəsmi müraciət edərək bildirib ki, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı əməllərini davam etdirərək, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla, o cümlədən Cenevrə Konvensiyası və BMT-nin Təhlükəsizlik Şurasının qərarları ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutub, nəticədə mülki əhali arasında ölən və yaralananlar var”, - deyə məlumatda qeyd olunur.
Hazırkı vəziyyəti və yuxarıda qeyd edilənləri nəzərə alaraq, baş prokuror milli nifrəti qızışdıran şəxslər barəsində qanuni tədbirlərin görülməsini xahiş edərək, məsələnin şəxsi nəzarətlərinə götürülməsinə ümidvar olduğunu bildirib.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət