Caspian Energy Club sahibkarları tarixi missiyanı yerinə yetirərək işğal olunmuş ərazilərimizi düşməndən azad edən Azərbaycan Ordusuna yardımda fəal iştirak etməyə səsləyib.
“Azərbaycan Ordusuna və cəbhəyani bölgələrdə yaşayan dinc əhaliyə təşkilati, maliyyə və informasiya yardımı göstərmək bizim hər birimizin borcudur”.
Bu barədə Caspian Energy Club-un Sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Sıralarında Xəzər-Qara dəniz və Baltik regionu sahibkarlarını birləşdirən ən nəhəng və dinamik təşkilat olan Caspian Energy Club bütün Azərbaycan şirkətlərinin top-menecerlərindən Azərbaycan Ordusuna dəstəkdə fəal iştirak etməyi xahiş edib. Bu gün ən mühüm məqsədlərdən biri Azərbaycan-Ermənistan arasındakı Qarabağ münaqişəsi barədə doğru-düzgün məlumatları çatdırmaqdır. Bununla əlaqədar olaraq, Caspian Energy Club-un dünyanın 50 ölkəsindəki hər bir şirkət əməkdaşı baş verənlərdən xəbərdar olmalı və yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunan məlumatlara inanmalıdır.
Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhid ailələrinə maliyyə yardımı davam etdirilməlidir”, - deyə Telman Əliyev bildirib.
Biz birlikdə güclüyük! Qələbə bizim olacaq! Qarabağ – Azərbaycandır!
Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialqoların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət