Gürcüstanın cənubundakı Axalkalaki və Ninotsminda şəhərlərində (Samtsxe-Cavaxetiya bölgəsi) yaşayan etnik ermənilər Qarabağda döyüşlərdə iştirak etmək üçün vəsait və imza toplanmasında iştiraklarını fəal şəkildə davam etdirirlər.
Gürcüstan vətəndaşları olan etnik ermənilər "Artsax üçün" humanitar yardım adı altında Dağlıq Qarabağda qanunsuz silahlı birləşmələrin maliyyələşdirilməsi üçün vəsait toplayır və bu döyüşlərdə iştirak etmək üçün könüllülərin siyahısını tərtib edirlər ki, bu da Gürcüstan Cinayət Məcəlləsinə əsasən cinayət sayılır.
Bununla əlaqədar Gürcüstanda ölkə hakimiyyətini gürcü vətəndaşların Dağlıq Qarabağ münaqişəsində iştirakının qarşısını almaq üçün sərt tədbirlər görməyə çağırırlar.
Gürcüstan Vəkillər Kollegiyasının üzvü Ceyhun Məmmədov qeyd edib ki, bu cür əməllər Gürcüstan Cinayət Məcəlləsinin 310-cu maddəsinin (Gürcüstanın xarici təhlükəsizliyinə qəsd etmə) pozulması kimi təsnif edilir. O, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə və Baş Prokurorluğuna müraciət edərək, bu əməllərin iştirakçılarını məsuliyyətə cəlb etməyə çağırır.
"Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğu üçün xarici dövlətin vətəndaşlarının digər suveren dövlətin ərazisindəki silahlı birləşmələrin tərkibində iştirakı cinayətdir. Bu, yolverilməzdir. Xüsusilə nəzərə alsaq ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyır və onun strateji tərəfdaşıdır. Aşkar edilmiş faktlar üzrə cinayət işi başlanmalı, bütün iştirakçılar məsuliyyətə cəlb edilməli, eləcə də törədilmiş əməllərə hüquqi qiymət verilməlidir", - deyə Məmmədov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Onun sözlərinə görə, Gürcüstan CM-in 310-cu maddəsinə əsasən, etnik ermənilərin əməlləri aşağıdakı bəndlər üzrə cinayət sayılır:
- Gürcüstanın xarici təhlükəsizliyinə zərər vurmaqla xarici dövlətdə və ya xarici təşkilatda hərbi xidmətə daxil olma, eləcə də digər şəxsləri bu cür əməlin törədilməsinə təhrik etmə; xarici dövlətlə və ya xarici təşkilatla Gürcüstana qarşı hərbi əməliyyatların və ya digər təcavüz aktlarının hazırlanması və ya həyata keçirilməsinə xidmət edən münasibətlər qurma, habelə bu cür aktları törətmək məqsədi ilə digər əməllər;
- bu maddənin 1-ci və ya 2-ci hissələrində nəzərdə tutulmuş və ağır nəticələrə gətirib çıxarmış əməllər.
Gürcüstan Azərbaycanlıları Milli Konqresinin Hüquq Departamentinin müdiri Manana Mosulişvili isə bildirib ki, bu əməllər, həmçinin Gürcüstan Cinayət Məcəlləsinin 223 və 309-cu maddələrinin pozulmasıdır.
"Gürcüstan Cinayət Məcəlləsinin 223-cü maddəsinə əsasən, qanunsuz birləşmə (ordu, ittifaq, dəstə və ya digər qrup) yaratma və ya rəhbərlik etmə, habelə qanunsuz birləşmədə üzvlük və/və ya iştirak, belə birləşmələrin təşkil etdiyi təlim və sair əməllər cinayət hesab olunur. Cinayət Məcəlləsinin 309-cu maddəsinə əsasən, Samsxe-Cavaxetiyada qeydə alınmış bu əməlləri Gürcüstan adından xarici dövlət və ya xarici təşkilatla konstitusiyaya zidd sazişin bağlanması kimi qiymətləndirmək olar ki, bu da Gürcüstanın dövlət müstəqilliyini, suverenliyini məhdudlaşdırır və ya Gürcüstanın digər dövlətlərlə dinc və yanaşı yaşamasına təhdid yaradır, eyni zamanda, bu cür müqavilənin bağlanması üçün səlahiyyətlərin ötürülməsi də cinayət sayılır", - deyə Mosulişvili vurğulayıb.*
X.Nəsirzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət