Ermənilər ənənələrinə sadiq qalaraq hər fürsətdə Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək yeni əfsanələr uydurmağa davam edirlər.
Növbəti əsassız iddia erməni politoloq Arayik Stepanyan tərəfindən ortaya atılıb. Rusiyanın Birinci kanalında efirə gedən “Zaman göstərir” verilişinə qatılan erməni politoloq vicdanı sızlamadan iddia edib ki, Naxçıvan muxtariyyəti 1921-ci ildə Azərbaycana verilib.
Oxu.az saytının məlumatına görə, verilişdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov erməni tərəfinin ortaya atdığı çoxlu sayda saxta məlumatlara cavab verib.
“Naxçıvanın Azərbaycana təhvil verildiyi “tarixini” yazanlar erməni xalqına hörmət etmirlər. Naxçıvanın Azərbaycana verildiyi barədə faktı göstərəcək adama 1 milyard dollar verəcəyəm. Əksinə, həmin vaxt Zəngəzur ərazisi Ermənistana verildi, nəticədə Ermənistan Azərbaycanla Naxçıvan muxtariyyəti arasında oldu. Ermənistanda tarixlə bağlı çoxlu saxta məlumatlar var”, - deyə o bildirib.
Eyni zamanda, F.Axundov xatırladıb ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. O qeyd edib ki, İkinci Dünya Müharibəsi zamanı Hitler Şimali Qafqaz və Volqa boyunca SSRİ-nin ərazisinin cəmi 9 faizini işğal etdiyi üçün Böyük Vətən Müharibəsi elan olunub.
“İndi isə bu, bizim üçün Böyük Vətən Müharibəsidir”, – deyə o vurğulayıb.
F.Axundov, həmçinin suriyalı muzdluların Dağlıq Qarabağda Azərbaycan tərəfdən döyüşməsi ilə bağlı iddialara cavab verib. “Bizim 10 milyon, Ermənistanın isə 2 milyon əhalisi var. Bizim güclü ordumuz olduğu halda, muzdlulara nə ehtiyacımız var?”, – deyə o qeyd edib.
F.Axundov döyüşlərin bu qədər geniş miqyasda olmasa da, daim davam etdiyini xatırladıb. 30 ildir heç kim Ermənistanı dayandırmağa çalışmadı, erməni əsgərinin Azərbaycan ərazisində nə işinin olduğunu soruşmadı.
Azərbaycan qoşunlarının əks-hücumunun nə qədər davam edəcəyi barədə sualı cavablandıran F.Axundov, bu qərarın Ali Baş Komandan tərəfindən verildiyini bildirərək, xalqın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını tələb etdiyini xatırlatdı. Necə ki, 1943-cü ildə xalq sona qədər vuruşmağı tələb etdi.*
İnformasiya şöbəsi
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət