Prezident İlham Əliyev hesab edir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın enerji infrastrukturuna raket hücumları ixrac fəaliyyətini pozmaq məqsədi güdürdü.
“Bu da Ermənistanın hədəflərindən biridir. Bunu onlar gizlətmirdilər və eyni zamanda, bu hadisələrə qədər Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlamalarda göstərilmişdir ki, onlar bizim strateji enerji infrastrukturumuzu vurmaq fikrindədirlər. Boru xətlərini, eyni zamanda, Səngəçal neft-qaz terminalını, hansı ki, dünya miqyasında ən böyük neft-qaz terminallarından biridir. Bu gün Azərbaycan həm xam neft, həm təbii qaz, həm də elektrik enerjisi ixrac edir. Yəni, bizdə istehsal olunan elektrik enerjisinin artıq hissəsini ixrac edirik. Bu, bizim iqtisadi potensialımıza hesablanan bir addım idi və bir daha Ermənistanın, Ermənistan rejiminin cinayətkar mahiyyətini bütün dünyaya göstərir”, - deyə Əliyev “CNN-Türk” televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu gün Mingəçevir Azərbaycanın böyük hissəsinin elektrik enerjisini təmin edir. “Mingəçevir elektrik stansiyasının vurulması da bu planın bir tərkib hissəsidir. Çünki Mingəçevir stansiyası nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ən böyük stansiyasıdır. Baxmayaraq ki, biz son illər ərzində bir çox stansiyalar inşa etmişik, bu gün Mingəçevir bizim ən böyük stansiyamızdır və ölkəmizin böyük hissəsinin elektrik enerjisini o təmin edir. Əgər o sıradan çıxsaydı, təbii ki, enerji məsələlərində müəyyən problemlər yarana bilərdi”, - deyə dövlət başçısı əlavə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət