Ermənistanın hazırki acınacaqlı vəziyyəti nasizm siyasəti ilə əlaqədardır, erməni xalqı nasizmin qurbanıdır. Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov belə hesab edir.
“Lenində necə idi? “Ayrılana qədər öz müqəddəratını təyin etmə”. Bunun baş verməməsi üçün 1977-ci il SSRİ Konstitusiyasında müttəfiq respublikaları arasında sərhədlərin yalnız qarşılıqlı razılıq əsasında dəyişdirilə bilməsinə dair maddə əlavə olunub. Kobud alınsa da, ermənilər bəyan edirlər ki, veclərinə deyil. BMT TŞ-nin 4 qətnaməsi Azərbaycanın 7 işğal olunmuş rayonundan qoşunların çıxarılmasını tələb edir. Paşinyan isə deyir ki, “bizim üçün işğal olunmuş ərazilər yoxdur”, - Axundov İsrailin «Newsru.co.il» agentliyinə müsahibəsində bildirib.
Axundov vurğulayıb ki, Ermənistanın işğal olunmuş əraziləri azad etməyi rədd etdiklərinə cavab olaraq Azərbaycan Ordusunu gücləndirməyi qərara aldı.
“Yəni, bütün dünya İrəvandan tələb edir ki, qoşunları çıxarsın, Paşinyan isə deyir ki, işğal olunmuş ərazilər yoxdur. Bu deməkdir ki, Azərbaycan ərazilərini özü azad etməlidir. Buna görə biz Ordu qurmalı və digər ölkələrlə, nəinki İsrail, həm də ABŞ, Rusiya, Çexiya ilə hərbi sahədə əməkdaşlığı möhkəmləndirməli olduq. Əlbəttə ki, Azərbaycana əsas silah tədarükçüsü Rusiyadır. Yeri gəlmişkən, işğal ilə mübarizə üçün bizim digər ölkələrdən yardım istəmək hüququmuz var, lakin biz bunu etmirik, bizim tam güclü, müasir Ordumuz var və pikaplarda əllərində pulemyotlar olan hansısa döyüşçülər bu modelə daxil deyil. Yeri gəlmişkən, niyə İrəvan Rusiyadakı, Çexiyadakı, ABŞ-dakı deyil, İsraildəki səfirini geri çağırdı? Çünki İsrail ən kiçikdir?”, - sektor müdiri qeyd edib.
Axundov əmindir ki, Ermənistanın hazırki acınacaqlı vəziyyəti əsasını Qaregin Njdenin qoyduğu nasizm siyasəti ilə əlaqədardır. “Erməni xalqı həqiqətən çox əziyyət çəkmiş xalqdır, nasizmin qurbanıdır. Ancaq İrəvanın mərkəzində Qaregin Njdeyə abidə ucaldılıb, o isə əsl nasistdir. Analoji mühitə düşüb kollaborasionist olnalardan da deyil. O, tsexakronizm ideologiyasının əsasını qoyub. Nasizmi təbliğ etməyə başlayanda, onu 30-cu illərdə Amerikadan qovdular, Hitler isə dedi ki, ona özü kimi bir nəfər tapsınlar, Njdeni tapdılar. O, hələ müharibədən öncə almanlarla əməkdaşlığa başlayıb. Hətta 2004-cü ildə buraxılan kitabçada deyilir ki, “xahiş edirik bunu İtaliya faşizmi və alman nasizmi ilə səhv salmayın, bu erməni tsexakronizmdir”. Siz başa düşürsüz, biz nə ilə mübarizə aparırıq? Çulpan Xamatovanın iştirakı ilə onun barəsində film çəkilib. Xamatova nədə iştirak etdiyini anlamırdı. Njdenin Ermənistan üçün necə əziz olduğunu anlamaq üçün filmdəki: “Bizə nə qədər qalıb? Hələ 200 kəndi təmizləmək lazımdır” sitatı xatırlamaq kifayətdir. Sizdə təəssürat yarana bilər ki, kəndləri hansısa işğalçılardan təmizləmək lazımdır. Misal üçün, hitlerçilərdən. Amma, xeyr, o dinc əhalini nəzərdə tuturdu. Sadəcə olaraq, etnik təmizləmə həyata keçirilirdi”, - Axundov qeyd edib.
Onun sözlərinə görə, çoxmillətli Qafqaz ərazisində Ermənistan kimi monoetnik dövlətin mövcudluğu mümkün deyil. “Qafqaz kimi bu cür çoxmillətli bölgədə necə mümkündür... Sizə məlumdur ki, Qafqazda qonşu kəndlər müxtəlif dillərdə danışır? Bu cür bölgədə monoetnik Ermənistan necə əmələ gəldi? Həm də Azərbaycan, Gürcüstan, İran və Türkiyə kimi çoxmillətli 4 dövlət arasında. Həmçinin, onlar (Ermənistan - İF) Azərbaycan ərazilərinin 20%-ni işğal edib, orada etnik təmizləmə həyata keçirib. Ermənistan nasizmin qalib gəldiyi ölkədir, istənilən məhkəmədə mən bunu sizə sübut edərəm”, - Axundov qeyd edib.
O, həmçinin qeyd edib ki, ermənilər Türkiyənin özündə yaşayaraq, “erməni soyqırımı” tarixini təbliğ edirlər.
“Hazırda Türkiyədə rəsmi olaraq 100 min erməni yaşayır. Qeyri-rəsmi isə daha 100 min nəfər qazanc dalınca gəlir, lakin Türkiyə hökuməti buna göz yumur. Eyni zamanda, Ermənistanda bir nəfər türk yoxdur. Hansı soyqırımdan danışırsınız? Ermənistanda 1918-ci ildən 1921-ci ilədək Azərbaycan əhalisi 40% azalıb. Bu barədə hələ Mikoyan yazıb. Görün əsl soyqırım harada baş verib. Bu gün Türkiyə yox, məhz Ermənistan monoetnik ölkədir”, - Axundov qeyd edib.
Eyni zamanda, Axundov əlavə edib ki, Sovet İttifaqına daxil olan andan etibarən Ermənistan bütün illər ərzində memarlığı tam dəyişdirərək, Azərbaycanın bütün toponimlərini erməni toponimləri ilə əvəz edib.
“Ermənistana dair daha bir unikal faktdır. Mən istisnasız bütün toponimlərini dəyişən digər belə ölkə tanımıram. Bu sadəcə olaraq toponim təmizlənməsidir. Mən müasir ensiklopediyalara inanmıram, siz istənilən sovet ensiklopediyasını götürün, orada Ermənistandakı istənilən adı tapın. Stepanakert haradan götürülüb? Azərbaycanlıları qətlə yetirən Stepan adlı bandit və bolşevik olub. Şəhərin tarixi adı isə - Xankəndidir, “xan kəndi”. Yerevan 1931-ci ilə qədər İrəvan olub. Siz istisnasız bütün toponimlərin özlərinə uyğun adlarını dəyişdirən digər ölkə tanıyırsız? Və nasizm barədə. İrəvanın mərkəzində daha bir nasist abidə ucalır – memar Aleksandr Tamanyana. Mən ixtisasca memar-inşaatçıyam. Çox yaxşı tezis var, deyirlər ki, memarlara abidə ucaldılmır, çünki memarın ən yaxşı abidəsi onun inşa etdiyi binalardır. İstisnalar da olur. Misal üçün, İstanbulda Sinana abidələr ucaldılıb, lakin Sinan orada ən mühüm layihələrə rəhbərlik edib. Tamanyan isə İrəvanda cəmi 3 bina inşa edib. İrəvanın baş inkişaf planının müəllifi olduğuna görə ona abidə ucaldıblar. Və həmin plan da unikaldır, çünki dünyada yeganə şəhərin planıdır ki, tarixi mərkəzin qorunmasını deyil, dağıdılmasını nəzərdə tutur. İrəvanın mərkəzində Bakı qalasına çox bənzəyən orta əsrlərə aid qala olub. Nəticədə, ermənilər bütün toponimləri ermənisayağı dəyişdiriblər, bütün Azərbaycan memarlığını dağıdıblar və sovet memarlığı inşa ediblər. Alban memarlığını isə erməni memarlığı kimi qələmə veriblər. İndi Ermənistanda erməni kilsələri var, bundan öncə isə yalnız alban kilsələri olub”, - Axundov qeyd edib.
Sektor müdiri vurğulayıb ki, Ermənistan ölkənin etnik təmizlənməsi üzrə Hitlerin planını reallaşdıra bildi. “Onlar Hitlerin arzusunu yerinə yetirə bildilər. Hitler monoetnik ölkə yaratmaq istədi, lakin alınmadı. Onlarda isə bu alındı. Hitler gözəl şəhərləri – Moskva, Krakov, Paris, Praqanı dağıtmağı arzu edirdi, lakin edə bimədi. Onlar isə etdilər. Hitler həmin Moskva və Peterburqu dəyişdirmək istədi, ancaq edə bimədi. Onlar isə etdilər. Buna görə mən deyirəm ki, erməni xalqı – erməni nasizmin qurbanıdır”, - Axundov əlavə edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət