Oktyabrın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindənməlumat verilib.
“C.Bayramov bölgədəki cari vəziyyət və Ermənistanın silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə BMT baş katibinə məlumat verib. Nazir Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini və mülki infrastrukturu, həmçinin münaqişə zonasından uzaq yerləşən şəhərləri məqsədyönlü şəkildə atəşə tutduğunu vurğulayıb. O, humanitar atəşkəsin elan edilməsindən 13 saat sonra Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulduğunu bildirib. Nazir bu günə kimi 47 mülki şəxsin həyatını itirdiyini və 222 nəfərin isə yaralandığını qeyd edib”, - deyə məlumatda bildirilir.
XİN başçısı bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
A.Quterreş bölgədə gərginliyin artması və mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O, humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb. BMT baş katibi, həmçinin münaqişənin siyasi yolla həllinin zəruriliyini qeyd edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət