Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç-Buriç Dağlıq Qarabağ münaqişəsi tərəflərini bu münaqişəni sülh yolu ilə həll etməyə və mülki əhalinin hüquqlarına riayət etməyə çağırıb.
"Həm Ermənistan, həm də Azərbaycan Avropa Şurasının üzvləridir. Hər iki ölkə təşkilat qarşısında münaqişənin dinc vasitələrlə həll edilməsi ilə bağlı öhdəlik götürüb. Hər iki tərəf Avropa İnsan Hüquqları Konvensiyasını yerinə yetirməlidir. Bu ərazidə insan hüquqlarına riayət olunması həyati əhəmiyyət daşıyır və hüquqi öhdəlikdir", - deyə o, bu gün Moskvada bildirib.
Baş katibin sözlərinə görə, orada yaşayan insanların hüquqları, demokratiya və qanunun aliliyi təmin olunmalıdır.
"Avropa Şurası vəziyyəti qiymətləndirmək və əlindən gələn köməyi göstərmək üçün bu ərazilərə maneəsiz girişə malik olmalıdır. Hazırda bu, mümkün deyil və bu problemin həlli mənim üçün prioritet məsələdir", - deyə Peyçinoviç-Buriç vurğulayıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət