Azərbaycan prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə rəsmi Bakı üçün “2+2” formulunu məqbul hesab edir.
“2+2” formulu münaqişənin həllində Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyanın iştirakını nəzərdə tutur.
“Bizim üçün bu məqbul olardı, çünki Türkiyə və Rusiya – bizim qonşularımız, sıx əlaqələrimizin olduğu, öz aralarında yaxşı əməkdaşlıq potensialı olan ölkələrdir”, - Əliyev “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, son illərin tarixinə nəzər salmaq kifayətdir: Türkiyə və Rusiya bir çox məsələlərdə, həm ikitərəfli gündəlikdə, həm regional təhlükəsizlik məsələsində yüksək səviyyədə qarşılıqlı anlaşmaya nail olublar.
“Biz bunu həm Suriya, həm Liviya, həm beynəlxalq terrorçuluqla mübarizə ilə əlaqədar məsələlərin həllində görürük, hələ enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələri demirəm. Hətta mən bu eskalasiyadan öncə demişəm ki, biz hər zaman Türkiyə və Rusiyanın yaxınlaşmasını alqışlamışıq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Bizim üçün, nəinki bizim, həm də bütün region üçün erməni separatizmi və ekstermizminin əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə və Rusiyanın səylərinin birləşdirilməsi regionun xeyrinə olardı və Dağlıq Qarabağ münaqişəsinin siyasi həllini tezləşdirə bilərdi”, - Azərbaycan prezidenti əlavə edib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə müsahibənin tam mətni www.interfax.az saytında dərc olunub. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət