Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, regionda yeni reallıqlar formalaşır, Türkiyə, İran, Rusiya, Azərbaycan arasında müxtəlif formatlarda fəal əməkdaşlıq barədə danışmaq olar.
“Düşünürəm ki, (gələcəkdə - İF) vəziyyət, əlbəttə ki, münaqişədən əvvəlki kimi olmayacaq. Biz regionda əsas geosiyasi bölgünü dəyişdik. O artıq dəyişirdi, bir çox stereotiplər keçmişdə qalmışdı. Misal üçün, Rusiya ilə NATO arasında qarşıdurma kimi stereotip. İndi baxın, Rusiya və NATO-nun üzvü olan Türkiyə arasında münasibətlər daha səmimi, etibarlıdır, nəinki NATO-nun üzvü olan Türkiyə və hər hansı digər ölkə arasında. Axı bu olmayıb. Bu, yeni reallıqlardır”, - Əliyev “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, yeni reallıqları siyasətçilər öz fəaliyyətləri ilə yaradırlar. “Düşünürəm ki, bu gün regionumuzda əməkdaşlığa yönələn, regionun gündəliyini müəyyən edən, aparıcı siyasi xadimlər arasında çox müsbət əməkdaşlıq formatı qurulur. Bu gün artıq Türkiyə, İran, Rusiya, Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq barədə danışmaq mümkündür. Bizdə artıq üçtərəfli əməkdaşlıq formatı mövcuddur... Düşünürəm ki, gün gələcək və biz artıq dördtərəfli formatda işləyəcəyik. Bu həm tarixi, həm iqtisadi, həm nəqliyyat, həm geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi nöqteyi-nəzərindən təbii hal olacaq”, - prezident qeyd edib.
Azərbaycan prezidenti qeyd edib ki, Ermənistan yeni həyata keçirilənləri nəzərə almalıdır və “bundan sonra Qafqazda yad cisim olmamalıdır”. “İndi Ermənistan yad cisim olmamalıdır. İşğala son qoymalıdır, Azərbaycan, Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Bu onlara yalnız fayda gətirəcək. Anlayırsınız, yalnız fayda gətirəcək. Bütün kommunikasiyalar açılacaq, onlar inteqrasiya enerji, nəqliyyat layihələrin, ümümi təhlükəsizlik sisteminin bir hissəsinə çevriləcəklər. Baxın, bu gün Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksi alır. Bu tamamilə yeni təhlükəsizlik sistemidir. Bu, sadəcə hava hücumundan müdafiə kompleksinin satınalınması deyil, bu, yeni təhlükəsizlik sisteminə və qarşılıqlı etimada doğru addımdır. Qarşılıqlı etimad olamadan buna nail olmaq mümkün deyil. Biz çoxdan Rusiyadan S-300 ZRK almışıq, bu da qarşılıqlı etimad amilidir, anlayırsınız. Buna görə, regionun bu cür konfiqurasiyası hamının xeyrinədir. Yalnız Ermənistan başa düşməlidir ki, artıq kənarda qalır, onun uğrunda heç kim döyüşməyəcək”, - dövlət baçşısı əlavə edib.
Əliyev, həmçinin Ermənistanı Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyə çağırıb. “Əgər o bizimlə qarşıdurmanı davam etdirərsə, əgər bundan sonra da Türkiyəyə qarşı ərazi iddiaları irəli sürərsə, başa düşməlidir axı, bizə necə qarşıdura biləcək?” Ancaq biz qarşıdurma istəmirik. Biz sülh istəyirik, bizim xalqa verdiyi bütün dərc və faciəyə baxmayaraq. Bu səbəbdən, düşünürəm ki, geosiyasi reallıqlar müsbət məcrada inkişaf etməlidir. Hər halda, biz, öz tərəfimizdən, bunun elə olması üçün əlimizdən gələni edəcəyik”, - Azərbaycan prezidenti bildirib. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət