Əgər Ermənistan Dağlıq Qarabağ üzrə nizamlanmanın baza prinsiplərinə sadiqlik ifadə edərsə, o zaman rəsmi Bakı Laçın və Kəlbəcər rayonunun, Ağdam rayonunun bir hissəsinin Azərbaycana qaytarılması barədə məsələni qaldıracaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Sabah Cenevrədə Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar baş tutmalıdır və biz orada Ermənistanın nə dərəcədə baza prinsiplərinə sadiq olduğunu görəcəyik. Və bundan sonra biz onların hazırda nə qədər aktual olub-olmadığını dəyərləndirəcəyik. Baxmayaraq ki, bu ay ərzində mən dəfələrlə bəyan etmişəm ki, orada bizi qane etməyən müəyyən məqamlar, əlbəttə ki, var, lakin bütövlükdə, Azərbaycan onları qəbul edib”, - Əliyev “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ ətrafında 5 rayonun (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Ağdam rayonları) Azərbaycana qaytarılması məsələsinin müzakirəsi aktual deyil.
“Birinci mərhələni, parktiki olaraq, başa çatdırmışıq, buna görə, əgər Ermənistan tərəfi baza prinsiplərinə sadiqlik ifadə edərsə, biz dərhal işğal altında olan Laçın və Kəlbəcər rayonları və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq. Bununla da biz həmsədrlərin vəzifəsini müəyyən səviyyədə asanlaşdıracağıq, hansısa ikinci mərhələni gözləmək lazım olmayacaq, o dərhal baş verməlidir. Əgər siyasi həll barədə razılığa gəlsək, o zaman Ermənistan qoşunları dərhal Laçın və Kəlbəcər rayonları və Ağdam rayonunun bir hissəsindən çıxarılmalıdır”, - Əliyev deyib.
Prezident vurğulayıb ki, Bakıda ümid edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar məzmunlu xarakter daşıyacaq. Oktyabrın 29-da Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrədə keçiriləcək görüşünün də bu cür olacağına ümid edirik.
“Lakin Ermənistan tərəfinin aqressiv davranışı və beynəlxalq hüquq, Cenevrə konvensiyalarının kobud şəkildə pozmaları və törətdikləri hərbi cinayətlər, əlbəttə ki, onların nizamlanma məsələsini məzmunlu müzakirə etmək niyyətində olduqları barədə xəbər vermir. Ancaq düşünürəm ki, Ermənistanı döyüş meydanında məğlub etməyimiz hər halda onlar üçün ciddi siqnal olmalıdır ki, bundan sonra imitasiya fəaliyyəti yürüdə bilməzlər, bizi aldada bilməzlər, ATƏT-in Minsk qrupunun həmsədrlərini aldada bilməzlər, əsasən, məsələnin məzmunlu müzakirəsindən boyun qaçıra bilməzlər”, - o qeyd edib.
Əliyev əlavə edib ki, Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərdən qoşunlarının çıxarılması üzrə öhdəlik gözləyir. “Biz Ermənistan tərəfindən, ali rəhbərlik şəxsində işğal olunmuş ərazilərdən qoşunların çıxarılması üzrə öhdəlik əldə etməliyik. Hələlik biz bu barədə eşitməmişik. Ermənistan rəhbərliyi tərəfindən üzərinə bu öhdəlik götürülən kimi və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən bu təsdiq olunan kimi, biz dərhal hərbi əməliyyatları dayandırmağa hazırıq. O şərtlə ki, Ermənistan tərəfi də hərbi əməliyyatları dayandıracaq, çünki atəşkəs üç dəfə pozulub, hər üç dəfə də Ermənistan tərəfinin təqsiridir”, - Azərbaycan prezidenti deyib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə müsahibənin tam mətni www.interfax.az saytında dərc olunub. **
A.Əzizov .
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət