2019-cu il ərzində “Azərpoçt” MMC-nin xalis mənfəəti 2018-ci ildə qeydə alınmış 1 milyon 155,841 min manat zərərə qarşı 2 milyon 720,854 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMC-dən məlumat verilib.
Maliyyə hesabatına əsasən, 2019-cu ildə cəmiyyətin gəlirləri 45 milyon 156,159 min manat (azalma 1,1%), xidmətlərin maya dəyəri 26 milyon 306,111 min manat (azalma 10,8%), əməliyyat mənfəəti bir il əvvələ olan 894,931 min manat məbləğində zərərə qarşı 3 milyon 428,177 min manat təşkil edib.
Ötən il “Azərpoçt”un aktivləri 26,6% - 186 milyon 361,638 min manatadək, qısamüddətli aktivləri 46,6% - 135 milyon 957,341 min manatadək artıb, uzunmüddətli aktivləri isə 7,5% - 50 milyon 404,297 min manatadək azalıb.
2020-ci il yanvarın 1-nə cəmiyyətin öhdəlikləri 127 milyon 148,482 min manata (artım 40,2%), qısamüddətli öhdəlikləri 114 milyon 225,925 min manata, uzunmüddətli öhdəlikləri 12 milyon 922,557 min manata bərabərdir.
“Azərpoçt” MMC-nin kapitalı 59 milyon 213,156 min manat (artım 4,8%), o cümlədən nizamnamə kapitalı 73 milyon 344,5 min manat (dəyişməyib) təşkil edir.
2020-ci ilin əvvəlinə cəmiyyətin bölüşdürülməmiş zərəri 14 milyon 188,061 min manat məbləğində qiymətləndirilir.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdud lisenziya verib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət