Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC rezervlənmə həllərində lider olan “Veeam Software” şirkətinin bulud xidmətləri sahəsində Gümüş Tərəfdaşı statusunu əldə edib.
Bununla əlaqədar “AzInTelecom” və “Veeam Software” arasında keçirilmiş videokonfrans zamanı qarşılıqlı əməkdaşlığa dair məsələlər və tərəflərin uzunmüddətli fəaliyyət planları müzakirə olunub.
“Veeam Software”in Rusiya, MDB, Ukrayna və Gürcüstan üzrə regional direktoru Vladimir Klyavin çıxışında “AzInTelecom”un “Veeam” məhsulları sahəsində təcrübəsini müvəffəqiyyətlə nümayiş etdirdiyini bildirib.
“Biz əminik ki, şirkət müştərilərinə davamlı data mövcudluğu və “Cloud Data Management” təmin etmək üçün “Veeam” həllərini təqdim edəcək”, – deyə vurğulayıb.
“AzInTelecom” MMC-nin Kommersiya departamentinin rəhbəri Ruslan Əliyev çıxışında qeyd edib: “Müştərilərimizin məlumatlarının harada yerləşməsindən asılı olmayaraq onların qorunmasının vacibliyini başa düşürük. “Veeam Backup” müştərilərə məlumatlarını asanlıqla və etibarlı şəkildə qorumağa imkan verən həllərdən biridir.
R.Əliyev əlavə edib ki, “Veeam” tərəfindən təqdim edilən AZCLOUD rezervlənmə xidməti yalnız məlumatları AZCLOUD-da yerləşdirilən müştərilər üçün deyil, həm də ən müasir özəl təyinatlı buluda sahib olanlar üçün məlumatların mühafizəsi proseslərinin həyata keçirilməsini sürətləndirir”.
Qeyd edək ki, “AzInTelecom” Veeam Bulud və Xidmət Təminatçısı proqramının Gümüş Tərəfdaşı olaraq müştərilərinə “Veeam” vasitəsilə etibarlı həllər, müəssisə səviyyəsində rezervlənmə xidmətləri təklif edir.
Şirkət “Veeam ProPartner” şəbəkəsinə üzv olmaq üçün “Veeam” həlləri üzrə spesifik tələbləri uğurla yerinə yetirib. Bununla da “AzInTelecom” şəbəkənin üzvü olaraq fəaliyyətini genişləndirmək üçün abunə əsaslı İT xidmət modellərini inkişaf etdirmək imkanı qazanıb. Həmçinin “Veeam ProPartner” portalına, onun bütün məlumat və reklam təkliflərinə, eləcə də xüsusi təlimlərə, texniki dəstəyə keçid əldə edib.
Beləliklə, AZCLOUD bulud həllərinin müştəriləri öz bizneslərinin davamlılığını, məlumatlarının qorunmasını və fəaliyyətlərinin inkişafını təmin edə və rəqəmsal transformasiya imkanlarından yararlana biləcəklər.
Xatırladaq ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001”sertifikatlarına malik ilk data mərkəzi olan AZCLOUD brendi altında bulud xidmətləri göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət