2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM 3,8% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ilin 9 ayının yekunları üzrə ÜDM 3,9% azalıb.
Yanvar-oktyabr aylarında ölkədə 58 milyard 469,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,3%, neft-qaz sektorunda isə 6,3% azalıb.
DSK-də ÜDM-in azalmasını Azərbaycanda COVİD-19 koronavirus pandemiyasına görə qüvvədə olan məhdudiyyətlərlə izah ediblər.
ÜDM istehsalının 34,2%-i sənaye, 11,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i tikinti, 2%-i informasiya və rabitə, qalanı digər sahələrin payına düşüb.
ÜDM-in 9,9%-i vergilərin payına düşüb.
10 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM 5861,6 manata bərabər olub.
Azərbaycanda dekabrın 1-dək xüsusi karantin rejimi qüvvədədir.
Azərbaycan hökuməti dünya bazarlarında neftin qiymətindən asılı olaraq 2020-ci ilin yekunları üzrə ÜDM-in 2,9%-4,3% azalacağını proqnozlaşdırır.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət