Nazirlər Kabineti “Malların ixrac qeydi ilə satışı Qaydası”nı təsdiq edib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Qaydanın mətni hökumətin saytında dərc olunub.
Qaydada ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər; ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər öz əksini tapır.
İxrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər aşağıdakılardır: ixrac qeydi ilə alınmış malların müəyyən olunmuş müddətlərdə ixracının baş tutub-tutmamasından asılı olmayaraq, büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edən, istehsalçı tərəfindən əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) məbləğinin ixracatçı tərəfindən ödənilməsi.
Vergi Məcəlləsinə əsasən, bu məhsullar ƏDV-dən azad olunacaq.
İxracatçı 1 il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirməli, habelə satıcıya təminat verməlidir.
Malların ixrac qeydi ilə satış qaiməsi”ndə istehsalçı tərəfindən satılmış malların 3 ay müddətində ixrac edilməsi şərti qeyd edilir. Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər qarşısıalınmaz hallarda 3 ay müddətinə ixrac həyata keçirilmədikdə, həmin müddət başa çatdıqdan sonra 15 gün müddətində ixracatçının ərizəsi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 3 ayadək əlavə möhlət verilir.
Malların ixrac qeydi ilə satışı aşağıdakı şəxslərə tətbiq edilmir: müflis elan olunanlara, yaxud barələrində iflas proseduruna başlananlara, ləğv mərhələsində olan və ya fəaliyyəti dayandırılmış hüquqi şəxslərə və fərdi sahibkarlara; dövlət büdcəsinə vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olan vergi ödəyicilərinə; dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlara, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərə; sərbəst zonaların və xüsusi iqtisadi zonaların rezidentlərinə; vergi cinayətlərinin törədilməsinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslərə və ya onların təsis etdikləri digər hüquqi şəxslərə; hasilatın pay bölgüsü haqqında sazişlərin podratçılarına və əməliyyat şirkətlərinə, həmçinin faydalı qazıntıların hasilatı ilə məşğul olanlara; əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə.
Malların ixrac qeydi ilə satışı ixracatçının aşağıdakı əməliyyatlarına tətbiq edilmir: ölkə ərazisində istehsal edilməyən mallara; tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılmasına; sərhədyanı ticarət çərçivəsində malların satışına; malların əvəzsiz (haqqı ödənilmədən) ixracına; malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilməsinə; xaricdə emal xüsusi gömrük prosedurları çərçivəsində malların ixracına; təkrar ixrac gömrük proseduru altında yerləşdirilən xarici malların ixracına; malların Azərbaycan Respublikasının ərazisində yaradılmış sərbəst zonalara və xüsusi iqtisadi zonalara satışına; barter əməliyyatları çərçivəsində malların ixracına; sərbəst zonalarda, xüsusi iqtisadi zonalarda istehsal olunmuş malların ixracına; silah ixracına.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət