ABŞ və onun avropalı müttəfiqləri erməni və azərbaycanlı millətçiləri Qarabağda atəşkəs razılaşmasını pozmağa təhrik edir. Bunu bu gün Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
"NATO-nun aparıcı ölkələri Rusiyanın fəal iştirakı ilə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda atəşkəs haqqında əldə edilmiş razılaşmadan qıcıqlandıqlarını gizlətməyə çalışırlar. ABŞ və müttəfiqləri müharibənin Moskvanın vasitəçiliyi ilə dayandırılmasından məyus olublar. Axı bu, əslində, onların Rusiyanın Zaqafqaziyadan sıxışdırılıb çıxarılması üçün uzun illər ərzində gördükləri işi heç edib”, - deyə onun açıqlamasında bildirilir.
"Bizdə olan məlumata görə, bəzi Qərb ölkələri mövcud kanallar vasitəsilə erməni və azərbaycanlı millətçiləri atəşkəs haqqında razılaşmanı pozmağa təhrik edirlər. Erməniləri inandırmağa çalışırlar ki, Dağlıq Qarabağda sülh İrəvanın məğlubiyyətidir. Azərbaycanlılara isə əksinə, deyirlər ki, Azərbaycan Ordusu Xankəndinin alınmasına bir addım qalmış Kreml onların qələbəsini oğurlayıb", - deyə Narışkin vurğulayıb.
O qeyd edib ki, nə ABŞ, nə də Avropa regionda formalaşmış qüvvələr balansı ilə barışmaq istəmir və buna görə Azərbaycan və Ermənistan xalqları arasında nifaqı yenidən qızışdırmağa çalışmaqdan daha yaxşı heç nə fikirləşməyiblər.
"Bu cür hərəkətlər ABŞ-ın və onların avropalı dostlarının öz vəzifələrini həmişə olduğu kimi, sadə insanların, bu dəfə isə azərbaycanlıların və ermənilərin maraqları hesabına həll etmələrinin daha bir sübutdur. Amerikalılar və avropalılar törətdikləri təxribatların yenidən qan tökülməsinə gətirib çıxara, regionu ağır hərbi münaqişəyə sürükləyə biləcəyindən narahat deyillər", - deyə direktor vurğulayıb.*
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət