Prezident İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç Dağlıq Qarabağda vəziyyəti müzakirə ediblər.
“Şefik Caferoviç Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhün bərpa edilməsi ilə bağlı bəyanatın imzalanmasını alqışlayıb. O qeyd edib ki, əxlaq, ədalət və beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan bu bəyanatın imzalanması bütün regiona sabitlik gətirəcək və yeni perspektivlər açacaqdır. Şefik Caferoviç Bosniya və Herseqovinanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən mövqeyini və bununla əlaqədar ölkəsinin Parlament Assambleyasının müvafiq qətnamə qəbul etdiyini də dövlətimizin başçısının diqqətinə çatdırıb”, - deyə Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Prezident İlham Əliyev imzalanmış bəyanatın bütün təfərrüatları və onun yerinə yetirilməsi, eləcə də bölgədə hazırkı vəziyyət barədə Şefik Caferoviçə məlumat verib.
“Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviçin, Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünə dəstək məsələsi ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndirib”, - deyə məlumatda qeyd olunur.
Telefon söhbəti zamanı iki ölkə arasında yüksək səviyyədə dostluq münasibətlərinin mövcudluğu qeyd edilib, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.
Eyni zamanda, tərəflər koronavirus pandemiyası ilə bağlı vəziyyət imkan verdiyi zaman ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsi barədə razılığa gəliblər.*
Ə.Məmmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət