2021-ci ildə Trans-Anadolu qaz kəməri (TANAP) ilə 12,2 milyard kubmetr həcmində qazın nəqli planlaşdırılır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib.
“TANAP Azərbaycan qazını Avropaya nəql etmək üçün tam hazırdır.2021-ci ildə Azərbaycan qazının Avropaya kommersiya nəqlinə başlanması ilə Türkiyə TANAP-la 12,2 milyard kubmetr qaz qəbul edəcək, 2022-ci ildə isə qaz kəmərinin tam gücü ilə (illik 16 milyard kubmetr) işləməsini nəzərdə tuturuq”, – deyə o bildirib.
S.Düzyolun sözlərinə görə, istifadəyə veriləndən (2018-ci ilin iyun ayı – İF) TANAP-la Türkiyəyə 7,5 milyard kubmetr qaz nəql olunub.
“TANAP-ın illik nəqletmə gücü 16 milyard kubmetrdir. Kəmərin nəqletmə gücü 31 milyard kubmetrədək artırıla bilər. Bu isə zərurət yarandığı halda gələcəkdə Türkiyəyə hər il əlavə 15 milyard kubmetr qaz almağa imkan verəcək”, – deyə baş direktor qeyd edib.
O əlavə edib ki, TANAP tam nəqletmə gücünə çıxdıqdan sonra nəqldən əldə edilən illik gəlirlər $1,5 milyarddan çox olacaq. Bu məbləğin $0,5 milyardı (bütün gəlirlərin 30%-i) Türkiyənin BOTAŞ şirkətinin payına düşəcək.
TANAP qaz kəmərinin tikintisi $6,5 milyarda başa gəlib.
SOCAR-ın proqnozlarına görə, qaz kəmərinin fəaliyyəti Türkiyənin qaza olan tələbatının 12%-ni təmin edəcək.
TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə 2018-ci il iyunun 30-dan başlanılıb. 2019-cu il aprelin 15-də TANAP qaz kəmərinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsinə qazın sınaq tədarükünə başlanılıb. Həmin ilin iyun ayının 15-də “Şahdəniz” yatağından hasil edilən qaz TANAP ilə Türkiyə-Yunanıstan sərhədinə çatıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Gələcəkdə boru kəmərinin ötürmə qabiliyyəti illik 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılacaq.
TANAP-ın səhmdarları SOCAR (51%), “SOCAR Turkiye Enerji” (7%), BOTAS (30%) və BP (12%) şirkətləridir. Layihənin ümumi dəyəri $7 milyarddır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət