İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü Ermənistanın hərbi texnikasının dəyəri minimum qiymətləndirmə ssenarisi əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibov belə hesab edir.
“44 gün davam edən müharibə nəticəsində düşmən 10 “S-300” və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 pilotsuz uçuş aparatı (PUA), 5 “Su-25” təyyarəsi, 50 “Tor”, “Osa”, “Kub”, “Kruq” modelli zenit-raket kompleksindən məhrum olunub. Eyni zamanda, döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 “Qrad”, 4 “Smerç”, 2 “Uraqan”, 1 “Tos” odsaçan, 2 “Uraqan”, 1 “Yars”, “Toçka-U”, ballistik raketlər, “Elbrus” raket kompleksləri də məhv edilib. Ermənistanın hərbi texnika itkisi minimum qiymətləndirmə ssenarisi əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir”, - deyə Mərkəzin məlumatında A.Museyibova istinadən bildirilir.
Onun sözlərinə görə, xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah-sursat anbarları da yox edilməklə Ermənistanın müharibə qabiliyyəti tamamilə məhv edilib. Məhv edilən hərbi texnikanın içərisində iqtisadi gücünün, hərbi imkanlarının və beynəlxalq qanunvericiliyin Ermənistanın əldə etməsinə heç bir halda imkan vermədiyi silah kompleksləri mövcuddur.
“Belə silahlara misal olaraq, dəyəri yüz milyonlarla dollarla ölçülən “S-300” sistemləri, satışı və istifadəsi qadağan olunan ballistik sistemləri, “Elbrus” raket kompleksləri xüsusi qeyd olunmalıdır. 2020-ci il üzrə Ermənistanın hərbi istiqamətdə xərcləri 716 milyon dollar həcmində təsdiq olunub. Ancaq Ermənistan cəmi 44 gün ərzində 1 il ərzində hərbi istiqamətdə əlavə olunacaq dəyərdən 5,3 dəfə çox hərbi ziyana uğrayıb. Bu baxımdan, hərbi xərclər üzrə hesablamalar və iqtisadi göstəricilər Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsilə hərbi infrastrukturu bərpa etməyə təxminən 38 il vaxt lazım olduğunu göstərir”, – deyə A.Museyibov qeyd edib.
Ekspert vurğulayıb ki, İkinci Qarabağ müharibəsində itirdiyi hərbi texnikasının dəyəri Ermənistanın silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutan “Avropada Konvensional Silahlı Qüvvələr üzrə Saziş”in şərtlərini də kobudcasına pozduğunu və limitdən artıq silah və hərbi texnikaya malik olduğunu da aydınlaşdırdı. Cəmi 716 milyon dollar həcmində hərbi büdcəyə malik olan bir ölkənin milyardlarla dollar silah arsenalına sahib olması iqtisadi qanunauyğunluqlarla izah olunmur. Belə ki, 2,32 milyard dollar həcmində rezerv aktivləri olan Ermənistanın iqtisadi gücü bu silahları əldə etmək üçün yetərli deyil. Bu isə bir daha ötən 30 il ərzində Ermənistanın qanunsuz formada və əvəzi ödənilmədən silahlandırılması faktına diqqət çəkir. Təsadüfi deyil ki, əvəzi ödənilmədən Ermənistana verilən hərbi texnika və vasitələr sonradan bu ölkənin sərvətlərinin üçüncü tərəflərə güzəştə gedilməsinə də səbəb olub. Belə ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarında da qeyd olunduğu kimi “dalana dirənmiş” bu ölkə enerji, nəqliyyat, logistik və kritik infrastrukturunun fəaliyyəti üzrə üçüncü ölkələrdən tamamilə asılı vəziyyətə düşüb.
Departament rəhbəri əlavə edib ki, Ermənistanın Azərbaycanla müharibə aparma potensialı yoxdur, həmçinin adi şərtlərlə işğalçı ölkə heç bir müstəqil iqtisadi və hərbi gücə malik deyil.
“Cari ildə 7 faizlik geriləmə proqnozuna malik, hərbi məğlubiyyətə uğrayan, ciddi ərzaq təhlükəsizliyi problemi, demoqrafik böhran yaşayan, pandemiyanın tüğyan etdiyi və hazırda davam edən siyasi böhran Ermənistan üçün yaxşı gələcək vəd etmir. 200 milyon dollar civarında yığılan “humanitar fond”, müxtəlif ölkələrin maddi yardımları da, tarixinin ən fəlakətli günlərindən birini yaşayan ölkə üçün kifayət etməyəcək. Yalnız Azərbaycan və onun müttəfiqi Türkiyə ilə normal münasibətlərin qurulması “məğlub ölkə” sindromundan hələ uzun illər əziyyət çəkəcək Ermənistan üçün yeganə çıxış yoludur”, - deyə o hesab edir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət