2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 628 milyon 374,2 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10,1% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 435 milyon 222,3 min manat (artım 12,4%) və ya bazar üzrə bütün sığorta haqlarının 69,3%-ni təşkil edib.
Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 213 milyon 943,3 min manat (artım 15,5%), qeyri-həyat sığortası üzrə sığorta haqları 221 milyon 279 min manat (artım 9,6%) təşkil edib.
Yanvar-oktyabr aylarında icbari sığorta növləri üzrə sığorta haqları 193 milyon 151,9 min manat (artım 5,3%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (176 milyon 260,3 min manat), tibbi sığorta (87 milyon 387,2 min manat) və AVSMMİS (78 milyon 771,9 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. 10 ay ərzində bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 54,5%-ni təmin edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 350 milyon 35,5 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 55,2% çoxdur.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 293 milyon 939,2 min manat (artım 84,1%) və ya bazar üzrə bütün ödənişlərin 84%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 216,007 milyon 138,8 min manat (artım 2,4%), qeyri-həyat sığortası üzrə ödənişlər 77 milyon 932,2 min manat (artım 10%) məbləğində olub.
Yanvar-oktyabr aylarında icbari sığorta növləri üzrə ödənişlər 56 milyon 96,3 min manat (azalma 14,8%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (214 milyon 765,6 min manat), könüllü tibbi sığorta (50 milyon 832,5 min manat) və AVSMMİS (47 milyon 19 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 89,3%-ni təmin edib.
2020-ci il oktyabr ayının sonuna Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət