Azərbaycan 2026-cı ilə qədər qeyri-neft ixracını iki dəfə - $3,6 milyarda qədər artırmağı planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.
"Bu il qeyri-neft ixracının ötən illə müqayisədə 7,5-8% - $1,8-1,85 milyarda qədər azalacağını gözləyirik. Əsas hədəfimiz 2025-ci ilin sonunadək qeyri-neft ixracını 2020-ci illə müqayisədə iki dəfə - $3,6 milyarda qədər artırmaqdır. Hesab edirik ki, bunun üçün potensial var”, – deyə o, bu gün "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən onlayn "B2G Forum"da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qarşıdakı işlər çərçivəsində cari həftə ərzində Azərbaycanın Ticarət evlərinin bütün rəhbərlərinə yeni konsepsiya haqqında məktub göndərmək planlaşdırılır. Konsepsiyada Ticarət evlərinə marketinq dəstəyinin göstərilməsinə dair yeni yanaşma, eləcə də digər təkliflər öz əksini tapıb.
"Biz Ticarət evləri ilə bağlı işimizi dəyişdirəcək və yeni tələblər qoyacağıq", - deyə Y.Abdullayev qeyd edib.
Bununla yanaşı, o əlavə edib ki, 2020-ci ilin sonunda ixracın təşviqi mexanizminin beşillik müddəti başa çatır. Bununla əlaqədar yeni təşviq mexanizmlərinin tətbiq edilməsi planlaşdırılır.
"Sonrakı dövrdə ixracın yeni təşviq mexanizmləri nəzərdən keçiriləcək, burada logistikaya, subsidiyalara diqqət ayrılacaq. Yeni mexanizmlər barədə gələn ilin yanvar ayının ortalarında ətraflı məlumat verməyi planlaşdırırıq", - deyə Y.Abdullayev qeyd edib.
O vurğulayıb ki, investisiyaların təşviqi üzrə işlər aparılır, bunun üçün Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birgə xarici investisiyaların cəlb edilməsi üzrə 2021-2025-ci illəri əhatə edən strategiya hazırlanır.
Y.Abdullayev əlavə edib ki, AZPROMO gələn ilin əvvəlində Azərbaycan sahibkarlarının iki sərgidə iştirakını təşkil etməyi planlaşdırır. "2021-ci ilin fevralında Dubayda keçiriləcək “Gulfood” beynəlxalq qida sərgisində, martda isə Çində keçiriləcək spirtli içkilər sərgisində iştirak etməyi nəzərdə tuturuq", - deyə o bildirib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət