“AccessBank” Böyük Britaniyanın nüfuzlu “The Banker” jurnalı tərəfindən “İlin bankı” adına layiq görülüb. Mükafat "Cəmiyyət üçün maliyyə inteqrasiyası və bankçılıq" (FINANCIAL INCLUSION & BANKING IN THE COMMUNITY) kateqoriyası üzrə Banka, COVID-19 pandemiyasının səbəb olduğu karantin dövründə ölkə vətəndaşlarına dəstək, Azərbaycanın bölgələrindəki fərdi sahibkarların dəstəklənməsi və ətraf mühitin qorunması naminə həyata keçirilən layihələrə görə təqdim olunub.
“Fəaliyyətimizin nüfuzlu “The Banker” nəşri tərəfindən yüksək qiymətləndirilməsindən məmnunuq. Komandamız müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərməklə yanaşı, həm də fəaliyyət göstərdiyimizin cəmiyyətin nəbzini tutmağa, baş verənlərdən xəbərdar olmağa çalışır. "İlin Bankı" adı cəmiyyətimizin tələbat və istəklərini bilən və anlayan, həmçinin əhalinin müxtəlif təbəqələrinə hərtərəfli dəstək verən bütün “AccessBank” kollektivinin fədakarlığının və zəhmətkeçliyinin bəhrəsidir. Biz anlayırıq ki, biznes əhatə olunduğu cəmiyyət qədər güclü ola bilər.”deyə “AccessBank”ın Müşahidə Şurasının Sədri Oleq İvaniyçuk vurğulayıb.
Qeyd edək ki, son 10 ildə “AccessBank” artıq 5-ci dəfədir ki, “The Banker” tərəfindən “İlin Bankı” adına layiq görülür. Bank daha öncə 2011, 2012, 2015 və 2016-cı illərdə bu şərəfə nail olub. “Financial Times” nəşriyyat qrupunun bir hissəsi olan “The Banker” jurnalı 1926-cı ildən dərc olunur və aparıcı beynəlxalq maliyyə nəşriyyatlarından biridir. Jurnalın redaksiyası mükafata namizədlərin siyahısını tərtib edərkən, bankların yalnız maliyyə nəticələrini deyil, həm də inkişaf strategiyalarının həyata keçirilməsi və yeni standart və texnologiyalar tətbiq etməsini nəzərə alınır.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət