2019-cu ildə "Bakı Telefon Rabitəsi" MMC-nin xalis mənfəəti 8 milyon 853 min manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Maliyyə hesabatına əsasən, 2019-cu ildə “Baktelecom”un gəlirləri 75 milyon 427 min manat (artım 8,2%), xidmətlərin maya dəyəri 40 milyon 284 min manat (artım 5,9%) təşkil edib.
2019-cu ildə cəmiyyətin əməliyyat və inzibati xərcləri 25,338 milyon manat təşkil edib.
Ötən il müəssisənin vergi ödənilənədək mənfəəti 12 milyon 394 min manata (artım 2 dəfə), mənfəət vergisi üzrə ödənişləri 3 milyon 541 min manata (artım 2,2 dəfə) bərabər olub.
2019-cu ildə “Baktelecom”un aktivləri 9,2% - 126 milyon 819 min manatadək, uzunmüddətli aktivləri 18,5% - 90 milyon 609 min manatadək artıb, qısamüddətli aktivləri 8,6% - 36 milyon 210 min manatadək azalıb.
1 yanvar 2020-ci il tarixinə cəmiyyətin öhdəlikləri 29,854 milyon manat (artım 2,6%), o cümlədən qısamüddətli öhdəlikləri 28 milyon 295 min manat, uzunmüddətli öhdəlikləri 1 milyon 559 min manat təşkil edib.
“Baktelecom”un kapitalı 96 milyon 964 min manata (artım 11,5%), o cümlədən nizamnamə kapitalı 43 milyon 151 min manata (artım 4,5%) bərabərdir. 2020-ci il yanvarın 1-nə cəmiyyətin bölüşdürülməmiş ümumi mənfəəti 8,9 milyon manat təşkil edir.
"Bakı Telefon Rabitəsi" MMC1992-ci ildə yaradılıb və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir. “Baktelecom” Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət