10-cu Beynəlxalq Caspian Energy Investment Forum Baku – 2020 dekabrın 23-də onlayn-formatda keçiriləcək. Caspian Energy Investment Forum Baku 2020-ci ilin yekunlarına və Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin investisiya potensialına həsr olunacaq.
Caspian Energy Investment Forum Baku – 2020-nin işində dünyanın 50 ölkəsindən 1500-dən artıq nümayəndə iştirak edəcək. Onların sırasında dövlət qurumlarının rəhbərləri, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçıları, həmçinin Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik və beynəlxalq missiya nümayəndələri də var.
Caspian Energy Investment Forum Baku – 2020-də ilin iqtisadi yekunları, pandemiyanın iqtisadiyyatın müxtəlif sahələrinə təsiri müzakirə olunacaq. Ekspertlər pandemiyanın mənfi təsirlərinin azaldılması istiqamətində Azərbaycanda və region ölkələrində tətbiq olunan təcrübə ilə bölüşəcək, növbəti ildə iqtisadi proseslərin əsas və alternativ inkişaf yollarını müzakirə edəcəklər.
Müzakirələr zamanı əsas diqqət Azərbaycanın işğaldan azad olunmuş rayonlarının bərpasına və inkişafına yönəldiləcək.
Forumda spikerlərin çıxışı ilə yanaşı, iştirakçıların çatda ünsiyyəti və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar da nəzərdə tutulub.
Azərbaycan Respublikasında nümayəndəliyi olmayan şirkətlər dekabrın 18-dək qeydiyyatdan keçdikləri halda tədbirdə ödənişsiz iştirak edəcəklər.
Forumda iştirak üçün qeydiyyat: http://caspianenergy.club
Sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialqoların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət