Bank VTB (Azərbaycan)-ın müştəriləri filiala gəlmədən digər ölkəyə pul köçürmək imkanı əldə ediblər. Çat-bank Direct-də mövcud olan “Beynəlxalq pul köçürmələri” xidməti WhatsAppvə yaFacebook Messenger – də VTB (Azərbaycan)-ın Visa kartlarından xarici bankların Visa kartlarına pul köçürməyə imkan verir.
Köçürmənin maksimal məbləği gün ərzində 1000 dollar və ay ərzində 10000 dollardır (və ya digər valyuta ekvivalenti). Komissiya vəsaitin göndərildiyi ölkədən asılı olmayaraq köçürülən məbləğin 1% -ni təşkil edir.
Pul köçürmək üçün WhatsApp və ya Facebook mesencerlərində Direct çat-bankında qeydiyyatdan keçmək lazımdır. WhatsApp istifadəçiləri əsas menyuda “Köçürmələr”, Facebook Messenger istifadəçiləri isə “Ödənişlər”, daha sonra “Card to Card köçürmələri” funksiyasını seçməlidirlər. Açılan pəncərədə “Beynəlxalq köçürmələr” bölməsinə daxil olub və vacib olan xanaları (kartın və vəsaiti alan şəxsin adı) doldurmaq lazımdır. Vəsait hesaba dərhal köçürülür.
“Bank əməliyyatlarını elə mesencerlərdə həyata keçirməyə imkan verən çat-bank Direct müştərilərimiz arasında çox populyardır. Biz də istifadəçilər üçün xidmət siyahısının genişləndirilməsi istiqamətində daim çalışırıq. İndi Visa kart istifadəçiləri üçün Direct-də kartdan karta beynəlxalq pul köçürmələri xidməti mövcuddur. Doğmalarınıza pul köçürmək indi sadə və rahatdır” – deyə, bank VTB (Azərbaycan)-ın “Rəqəmsal bank” layihə ofisinin rəhbəri Kamila Şahbazova bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət