Ermənistanın dünyada yeganə ölkədir ki, burada bütün tarixi toponimlər, memarlıq kimi tam dəyişdirilib və erməniləşdirilib. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov deyib.
Axundov “Dojd” telekanalının efirində prezident İlham Əliyevin İrəvan, Sevan və Zəngəzurun Azərbaycanın tarixi torpaqları olmasına dair sözlərini şərh edib. “Bəli, həqiqətən, bütün bu torpaqlar Azərbaycanındır. Böyük Sovet Ensiklopediyası və ya digər ciddi nəşrlərə baxsanız, orada Ermənisytanın toponimlərini asanlıqla tapa bilərsiniz, İrəvan, Zəngəzur, Sevan gölü kimi məşhur yaşayış məntəqələrini yoxlaya bilərsizini. İrəvan xanlığı tarix boyu Azərbaycan ərazisi olub. Lakin buna baxmayaraq, izim prezidentimiz hər zaman deyib ki, Azərbaycan bu ərazilərə iddia etmir. Buna görə o, Ermənistanı ağlını başına toplamağı və qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etməyi dayandırmağı təklif etdi”, - o vurğulayıb.
Axundovun sözlərinə görə, misal üçün, 20 əsrin 30-cu illərinə qədər Sevan Göyçə adlanırddı, bu da Azərbaycan dilindən tərcümədə “gözəl” deməkdir. “Yerevan İrəvan adlanırdı. Yəni, Azərbaycanın bütün tarixi toponimləri yeniləri ilə, erməni toponimləri ilə əvəzlənib. Mən dünyada bütün adları, toponimlərin 100%-ni dəyişdirən digər belə ölkə tanımıram”, - o qeyd edib.
Sektor müdiri efirdə Frans Rubonun yer üzündən silinən orta əsrlərə aid qədim İrəvan şəhərinin təsvir olunduğu rəsmini nümayiş etdirdi. “İndi o başqa cür görünür (müasir İrəvanın fotosunu göstərir - İF). Bütün Ermənistanda Azərbaycan toponimləri, bütün memarlıq erməniləşdirilib”, - o əlavə edib.
O cümlədən, Axundov telekanala Azərbaycanda üzərində Karabakh is Azerbaijan yazısı olan bankomatların fotolarını şərh edib. “Bəli, bankomatların üzərində belə yazı var, bunun sizi nə üçün təəccübləndirdiyini anlamadım. BMT Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, buna görə sizin buranın Azərbaycan ərazisi olmasına dair şübhələrinizi başa düşmürəm. Qarabağ – Azərbaycan ərazisidir və heç bir statusu yoxdur. Orada yaşayan əhalinin sayı Bakı şəhərinin istənilən mikrorayonun sakinlərinin sayından azdır. Bəli, biz Qarabağda yaşayan ermənilərlə razılığa gələcəyik, düşünürəm ki, iqtisadi münasibətlərdən başlayacağıq. Bununla əlaqədar problem görmürəm”, - o qeyd edib.
“Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb etdiyi kimi, öz torpaqlarınəı erməni işğalından azad edib”, - Axundov əlavə edti.
Sektor müdiri vurğulayıb ki, monomilli Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir. “Hətta sizim diqqətinizə bir məqama yönəltmək istəyirəm, Qafqaz elə regiondur ki, burada müxtəlif dillərdə danışan qonşu kəndlər var. Buna görə, monoetnik ölkə olmaq üçün çox yaxşı cəhd etmək lazımdır. Ermənistan məhz monomilli ölkədir, onun müasir əmearlığı və toponimləri də eynilə”, - Fuad Axundov əlavə edib. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət